DÇ: Uşangi Kokauri finalın bir addımlığında - YENİLƏNİR

DÇ: Uşangi Kokauri finalın bir addımlığında - YENİLƏNİR

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.

QELEBE.AZ xəbər verir ki, Uşanqi Kokauri yarışa 1/16 final mərhələsindən başlayıb.

+100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ilk görüşündə Qırğızıstan təmsilçisi Emirxan Joldoşkazıyevə qalib gələrək 1/8 finala yüksəlib.

Kokauri bu mərhələdə Polşa təmsilçisi Yakub Sordili də üstələyərək 1/4 finala vəsiqə qazanıb.

O, bu mərhələdə millimizin digər üzvü Kənan Nəsibovla üz-üzə gəlib. Rəqibinə qalib gələn Kokauri yarımfinala yüksəlib.