"Qarabağ"ın sabiq qapıçısı: "Komanda Almaniyadan xalla dönə bilər"

"Qarabağ"ın sabiq qapıçısı: "Komanda Almaniyadan xalla dönə bilər"

"Qarabağ" səfərdən xalla dönə bilər".

Bunu "Report"a açıqlamasında Ağdam təmsilçisinin sabiq qapıçısı Fərhad Vəliyev komandanın Almaniyada "Bayer 04" klubuna qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyunu ilə bağlı danışarkən deyib.

42 yaşlı keçmiş qolkiper Azərbaycan çempionunu çətin qarşılaşmanın gözlədiyini bildirib: "Rəqib hazırda Bundesliqanın lideridir. Amma təmsilçimiz illərdir bu atmosferi görüb, "Bayer 04"dən də güclü komandalarla üz-üzə gəlib".

Hazırda "Zirə" klubunda işləyən məşqçi "köhlən atlar"ın meydanda öz oyununu sərgiləyəcəyini vurğulayıb: "Qarabağ"ın bu görüşdə müdafiəyə oturacağını düşünmürəm. Amma hansısa xüsusi plan və taktika qurula bilər. Belə komandalara qarşı müdafiədə daha diqqətli olmalı və az boşluq verməlisən. Əminəm ki, futbolçular nəticə qazanmaq üçün əllərindən gələni edəcəklər".

2010-cu ildə UEFA Avropa Liqasının pley-off mərhələsində Almaniya nəhəngi "Borussiya" (Dortmund) ilə görüşlərdə (0:4, 0:1) meydanda olan Vəliyev həmin anları xatırlayıb: "İlk matç səfərdə idi. Azarkeşlər böyük atmosfer yaratmışdı. Bütün tribunalar tam dolu idi. Hətta oyun ərzində müdafiəçilərə nəsə demək istəyirdim, amma səsimi çatdırmaqda çətinlik çəkirdim. Azarkeşlərin səsi daha çox eşidilirdi".

Vəliyev həmin dövrün avrokuboklarda ilk addımlar olduğunu söyləyib: "Bir neçə il pley-off mərhələsinə yüksəlmişdik. "Qarabağ" artıq təcrübəlidir, belə oyunlara çox çıxıb. UEFA Çempionlar Liqasında qrup mərhələsinə kimi yüksəlib. "Bayer 04"dən də güclü klublarla qarşılaşıb. Komanda belə matçlara hazırdır və yaxşı nəticə ilə Vətənə dönə bilər. Məğlub olsalar belə, öz oyunlarını sərgiləyəcəklər və rəqibdən çəkinməyəcəklər".

Qeyd edək ki, oktyabrın 26-da “Bay-Arena”da keçiriləcək “Bayer 04” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Futbol
Milan Obradoviç: "Azərbaycan millisinin əsas problemi limitlə bağlıdır"

Milan Obradoviç: "Azərbaycan millisinin əsas problemi limitlə bağlıdır"

Futbol
"The Best": FIFA ən yaxşı qapıçı adına namizədləri açıqlayıb

"The Best": FIFA ən yaxşı qapıçı adına namizədləri açıqlayıb

Futbol
Azərbaycanın əsas millisinin üzvü U-21 yığmasına cəlb olunub

Azərbaycanın əsas millisinin üzvü U-21 yığmasına cəlb olunub

Futbol
Avropa Liqası: Həftənin oyunçusu adına namizədlər bəlli olub

Avropa Liqası: Həftənin oyunçusu adına namizədlər bəlli olub

Futbol
Braziliya millisinin və "Atletiko"nun sabiq futbolçusu karyerasını bitirib

Braziliya millisinin və "Atletiko"nun sabiq futbolçusu karyerasını bitirib

Futbol
“Sabah”ın futbolçusu rəqibini vurduğu üçün qırmızı vərəqə alıb

“Sabah”ın futbolçusu rəqibini vurduğu üçün qırmızı vərəqə alıb

Futbol
Karlo Ançelotti Braziliya millisinə rəhbərlik edə bilər

Karlo Ançelotti Braziliya millisinə rəhbərlik edə bilər

Futbol
Çempionlar Liqası: Bu gün 1/8 finalın daha 2 iştirakçısı bəlli olacaq

Çempionlar Liqası: Bu gün 1/8 finalın daha 2 iştirakçısı bəlli olacaq

Futbol
Premyer Liqa: "Qarabağ" - "Kəpəz" oyununun hakimləri açıqlanıb

Premyer Liqa: "Qarabağ" - "Kəpəz" oyununun hakimləri açıqlanıb

Futbol
DÇ-2022: Xorvatiya - Belçika oyununda 2-ci hissə başlayıb

DÇ-2022: Xorvatiya - Belçika oyununda 2-ci hissə başlayıb

Futbol
DÇ-2022: Qana ilk qələbəsini qazanıb

DÇ-2022: Qana ilk qələbəsini qazanıb

Futbol
Ukraynanın məşhur boksçusu futbol komandasında oynamaq istəyir

Ukraynanın məşhur boksçusu futbol komandasında oynamaq istəyir