Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək
Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında bu gün növbəti oyununu keçirəcək.
“QELEBE.AZ”un məlumatına görə, C Liqasının 3-cü qrupunda yer alan Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv III turda Farer adaları ilə qarşılaşacaq.
Klaksvik şəhərində yerləşən “Djupumyru” stadionunda baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 17:00-da səslənəcək. Matçı Latviyadan olan hakimlər briqadası idarə edəcək. Görüşdə ədalət təmsilçisi Yelena Yermolayeva olacaq.
Qeyd edək ki, Azərbaycan millisi ilk iki turdan sonra 4 xalla qrupa liderlik edir.

https://mail.qalaba.az//uploads/photo/qadin-futbolchulardan-ibaret-azerbaycan-millisi-bu-gun-novbeti-oyununu-kechirecek.webp











