"Qarabağ" reqbi komandası beynəlxalq turnirdə 4-cü yeri tutub

"Qarabağ" reqbi komandası beynəlxalq turnirdə 4-cü yeri tutub

Oktyabrın 28-də Azərbaycanın reqbi üzrə “Qarabağ” klubunun yeniyetmələrdən ibarət komandası Gürcüstanın Lentexi vilayətində “Rugby World Georgia” və Gürcüstan Reqbi Birliyinin təşkil etdiyi beynəlxalq reqbi festivalında iştirak edib.

“QELEBE.AZ” xəbər verir ki, Azərbaycan təmsilçisi qrup mərhələsində “Xaşuri” kollektivini 15:0, “Amaranti”ni 25:0 və “Kobuleti”ni 20:0 hesabı ilə udmaqla maksimal göstərici ilə qrupda birinci yeri tutub. 1/4 final mərhələsində “Lentexi” komandasına 15:0 qalib gələn Şuşa təmsilçisi yarımfinalda “Raşebi”yə 0:5, 3-cü yer uğrunda görüşdə isə Samtredia şəhərindən olan “Feniks” komandasına əlavə olunan vaxtda qızıl xal ilə 5:10 hesabı ilə məğlub olaraq 12 komanda arasında 4-cü yeri tutub. Festivalın ən yaxşı oyunçusu adını “Qarabağ”lı Nuran Novruzlu qazanıb.

Klubun təsisçisi Eldar Kərimov komandasının əldə etdiyi nailiyyəti yüksək dəyərləndirib:

“Azərbaycan reqbisi tarixində belə bir nəticə olmamışdı. Ötən Gürcüstan yarışlarında biz maksimum 2 oyun udub, nəticədə 12 komanda arasında 10-cu yeri tuta bilmişdik. Budəfəki nəticə bizim düz istiqamətdə çalışdığımızı göstərir və növbəti yarışlarda komandamız daha da yaxşı çıxış edəcək. Bir müddət əvvəl klubun prezidenti vəzifəsinə Röyal Süleymanov təyin olunub və bu nəticə həm də onun komandanın hazırlığı üçün yaratdığı şəraitin bəhrəsidir”.

O diqqətə çatdırıb ki, yarımfinalda məğlub olmuş komanda 3-cü yer uğrunda oyuna çıxmaqdan imtina etsə də, eyni zamanda təşkilatçılar 3-cü yeri “Qarabağ”a verməyi qərara gəlsələr də, Azərbaycan təmsilçisi bununla bağlı həm “Feniks” komandasına, həm təşkilatçılara müraciət edərək oyunun baş tutmasını təkidlə xahiş edib: “Nəticədə həmin görüşü məğlub tərk etsək də, zənnimcə, ölkəmizi daha yaxşı tərəfdən təmsil etmiş olduq və bir daha reqbi ruhunu qorumaqla hamının alqışını qazandıq”.

Komanda
Azərbaycan millisinin basketbolçusu NBA məktəbinə qəbul olub

Azərbaycan millisinin basketbolçusu NBA məktəbinə qəbul olub

Komanda
Azərbaycanın həndbol yığması təsnifat mərhələsinin hazırlığına başlayıb

Azərbaycanın həndbol yığması təsnifat mərhələsinin hazırlığına başlayıb

Komanda
“Xarı Bülbül” Zəfər Günündə formalarını təqdim edib

“Xarı Bülbül” Zəfər Günündə formalarını təqdim edib

Komanda
“Formula 1”: Azərbaycan Qran-prisi üçün endirimli erkən bilet satışının bitmə tarixi açıqlanıb

“Formula 1”: Azərbaycan Qran-prisi üçün endirimli erkən bilet satışının bitmə tarixi açıqlanıb

Komanda
Maykl Cordanın rekordu təkrarlanıb

Maykl Cordanın rekordu təkrarlanıb

Komanda
İtaliya voleybol yığması dördqat dünya çempionu olub

İtaliya voleybol yığması dördqat dünya çempionu olub

Komanda
Voleybol üzrə Avropa çempionatına ev sahibliyi hüququ Ukraynadan alınıb

Voleybol üzrə Avropa çempionatına ev sahibliyi hüququ Ukraynadan alınıb

Komanda
ABŞ-da 16 yaşlı hokkeyçi zorakılığa görə intihar edib

ABŞ-da 16 yaşlı hokkeyçi zorakılığa görə intihar edib

Komanda
Azərbaycan Voleybol Federasiyası 5 əcnəbi mütəxəssislə danışıq aparır

Azərbaycan Voleybol Federasiyası 5 əcnəbi mütəxəssislə danışıq aparır

Komanda
Azərbaycan millisinin üzvləri Çin çempionatında bürünc medal qazanıblar

Azərbaycan millisinin üzvləri Çin çempionatında bürünc medal qazanıblar

Komanda
Beynəlxalq Paralimpiya Komitəsi Rusiya və Belarusun üzvlüyünü dayandırıb

Beynəlxalq Paralimpiya Komitəsi Rusiya və Belarusun üzvlüyünü dayandırıb

Komanda
Azərbaycan millisinin baş məşqçisi: "Final mərhələsinə yüksəlməliyik"

Azərbaycan millisinin baş məşqçisi: "Final mərhələsinə yüksəlməliyik"