Vüqar Hüseynov: "Atçılıq Azərbaycanda çox böyük ənənələri olan sahədir"

Vüqar Hüseynov: "Atçılıq Azərbaycanda çox böyük ənənələri olan sahədir"

"Atçılıq Azərbaycanda çox böyük ənənələri olan sahədir".

"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Təminatı şöbəsinin müdiri Vüqar Hüseynov Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatına və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq Milli Atçılıq Festivalından əvvəl mətbuat konfransında deyib.

O, nazirlik olaraq tədbirə dəstək verməkdən qürur duyduqlarını bildirib: "Azərbaycanda heyvandarlığın əsas istiqamətlərindən biri də atçılıqdır. Ölkəmiz bütün dünyada iki cins atı ilə məşhurdur. Hər ikisinin yetişdirilməsində ciddi dövlət dəstəyi hiss olunur. Nəticədə hər iki cins at öz itmiş şöhrətini geri qaytarmaqdadır. Bu atlar dözümlülüyü və davranışı ilə seçilir. Onların həm ölkə daxilində, həm də xaricində tanıdılmasında bu cür beynəlxalq tədbirlər böyük rol oynayır. Biz Kənd Təsərrüfatı Nazirliyi olaraq, damazlıq cinsin yetişdirilməsi üzrə fəaliyyət göstəririk. Amma Azərbaycan Respublikası Atçılıq Federasiyası idman atlarının yetişdirilməsində böyük işlər görür. Bu da atlarımızın tanıdılmasına töhfə verir. Hesab edirik ki, gözlədiyimizdən daha yaxşı bir tədbir olacaq".

Qeyd edək ki, festival və dünya çempionatı noyabrın 5-8-də baş tutacaq. Turnirdə Azərbaycan, Mərakeş, Qazaxıstan, Polşa, Türkiyə və Özbəkistan kollektivləri mübarizə aparacaqlar.

Fərdi
Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu 1/4 finala yüksəlib - YENİLƏNİB

Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu 1/4 finala yüksəlib - YENİLƏNİB

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə 10-cu olub

Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə 10-cu olub

Fərdi
Rusiyalı MMA döyüşçüsü 33 yaşında ölüb

Rusiyalı MMA döyüşçüsü 33 yaşında ölüb

Fərdi
Yay Olimpiya Oyunları 2036-cı ildə Misirdə keçirilə bilər

Yay Olimpiya Oyunları 2036-cı ildə Misirdə keçirilə bilər

Fərdi
Alfonso Dominges: “Kubada qalsaydım, bir nömrə olardım”

Alfonso Dominges: “Kubada qalsaydım, bir nömrə olardım”

Fərdi
Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - ARAŞDIRMA

Azərbaycan idmançıları 2022-ci ildə: Uğurlar, uğursuzluqlar, təəssüf və sevincli anlar - ARAŞDIRMA

Fərdi
Rusiyalı cüdoçu Azərbaycan millisinə cəlb olunub

Rusiyalı cüdoçu Azərbaycan millisinə cəlb olunub

Fərdi
Dünya çempionatı: Azərbaycanın qrup komandası finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qrup komandası finala yüksəlib

Fərdi
Azərbaycan millisi Bakıda keçiriləcək Dünya Kubokuna hazırlaşır

Azərbaycan millisi Bakıda keçiriləcək Dünya Kubokuna hazırlaşır

Fərdi
Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi olub

Bakıda arena polo üzrə Avropa çempionatının açılış mərasimi olub

Fərdi
Tanınmış idmançı evində ölü tapılıb

Tanınmış idmançı evində ölü tapılıb

Fərdi
Avropa çempionatı: Azərbaycan taekvondoçusu qızıl medal qazanıb

Avropa çempionatı: Azərbaycan taekvondoçusu qızıl medal qazanıb