AFFA II Liqa komandasına texniki məğlubiyyət verib, baş məşqçisini 10 oyunluq cəzalandırıb

AFFA II Liqa komandasına texniki məğlubiyyət verib, baş məşqçisini 10 oyunluq cəzalandırıb

AFFA İntizam Komitəsi II Liqa komandası “Göygöl”ə texniki məğlubiyyət verib.

“Report” xəbər verir ki, buna səbəb “Sheki City” ilə IX turun matçının 83-cü dəqiqəsində şəxsiyyəti müəyyən olunmamış insanların meydana çıxaraq hakimlərə fiziki təzyiq göstərməsi olub.

Referinin yarımçıq dayandırdığı qarşılaşmaya görə “Göygöl” 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib. 500 manat cərimələnən klub liqanın növbəti ev oyununu da azarkeşsiz keçirməli olacaq.

Qarşılaşmanın 82-ci dəqiqəsində köməkçi hakimə fiziki təzyiq göstərən, ardınca təhqir etdikdən sonra meydana çıxaraq baş hakimə fiziki təzyiq göstərən və onu təhqir edən “Göygöl”ün baş məşqçisi Araz Mansurov 10 oyun diskvalifikasiya edilib. Bu həmçinin klubun 2000 manat cərimələnməsi ilə nəticələnib.

Bundan başqa, “Göygöl”dən Ülvi Cəlilov, Vüqar Əşrəfli və Nicat Əmirxanov qırmızı vərəqə aldıqları üçün 1 oyun, “Sheki City”dən isə Xaliq Şabanov 2 matç cəzalandırılıb.

Qarşılaşmada “Göygöl” azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələr səsləndirildiyindən, kluba xəbərdarlıq edilib.

Futbol
AFFA-da Premyer Liqa və I Divizion klubları üçün seminar keçirilib

AFFA-da Premyer Liqa və I Divizion klubları üçün seminar keçirilib

Futbol
Belarus millisi beynəlxalq turnirlərdən kənarlaşdırılmayacaq

Belarus millisi beynəlxalq turnirlərdən kənarlaşdırılmayacaq

Futbol
"Barselona"nın futbolçusu əməliyyat olunub

"Barselona"nın futbolçusu əməliyyat olunub

Futbol
Riçard Almeyda: "Ordumuzdan xoş xəbərlər alırıq"

Riçard Almeyda: "Ordumuzdan xoş xəbərlər alırıq"

Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Kəpəz"lə qarşılaşacaq

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Kəpəz"lə qarşılaşacaq

Futbol
Gəncə futbolunun kuratoru: "Kəpəz" bu gün küçədə qalıb"

Gəncə futbolunun kuratoru: "Kəpəz" bu gün küçədə qalıb"

Futbol
Əfsanəvi futbolçu "Qarabağ"ın oyununu izləmək üçün Bakıya gəlib

Əfsanəvi futbolçu "Qarabağ"ın oyununu izləmək üçün Bakıya gəlib

Futbol
Mahir Emrelinin komanda yoldaşı İngiltərə klubuna keçib

Mahir Emrelinin komanda yoldaşı İngiltərə klubuna keçib

Futbol
Simone İnzagi:  "Viktoriya"nın "Qarabağ"la oyununu izləmişəm"

Simone İnzagi: "Viktoriya"nın "Qarabağ"la oyununu izləmişəm"

Futbol
Qurban Qurbanov: "Nant" qrupun ən təhlükəli komandasıdır"

Qurban Qurbanov: "Nant" qrupun ən təhlükəli komandasıdır"

Futbol
"Qarabağ"ın rəqibi heç-heçə edib, baş məşqçisi cəzalandırılıb

"Qarabağ"ın rəqibi heç-heçə edib, baş məşqçisi cəzalandırılıb

Futbol
“Neftçi”nin sabiq futbolçusu: “Baş məşqçi ilə problem yaşadığım üçün oradan ayrıldım”

“Neftçi”nin sabiq futbolçusu: “Baş məşqçi ilə problem yaşadığım üçün oradan ayrıldım”