“Neftçi” yoxlama görüşündə “Zenit”ə qalib gəlib - YENİLƏNİB-7

“Neftçi” yoxlama görüşündə “Zenit”ə qalib gəlib - YENİLƏNİB-7

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Neftçi” yoxlama görüşü keçirib.

“QELEBE.AZ”un məlumatına görə, bakılılar Rusiyanın “Zenit” klubu ilə qarşılaşıblar.

“Neftçi Arena”da baş tutan matç Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesabı 9-cu dəqiqədə “ağ-qaralar”ın rusiyalı futbolçusu Reziuan Mirzov açıb. Qonaqlar 56-cı dəqiqədə bərabərlik qolunu vurublar. Du Keyruş yaxın məsafədən topu tora göndərib. Lakin cəmi 5 dəqiqə sonra “Neftçi” yenidən hesabda önə keçib. Reziuan Mirzov baxımlı qolla dubla imza ataraq, oyunda son nöqtəni qoyub.

Qeyd edək ki, bu komandalar iyulun 1-də Sankt-Peterburqda “Match TV” kubokunda üz-üzə gəliblər. Həmin qarşılaşmada “Zenit” 3:1 hesablı qələbə qazanıb.

22:24

Bakıda “Neftçi” ilə Rusiyanın “Zenit” klubu arasında keçirilən yoxlama görüşündə üçüncü qol vurulub.

“QELEBE.AZ” xəbər verir ki, “Neftçi Arena”da keçirilən qarşılaşmada meydan sahibləri yenidən önə keçiblər.

Bu dəfə də Reziuan Mirzov fərqlənib. Rusiyalı vinger 61-ci dəqiqədə gözəl qolla hesabı 2:1 edib.

22:19

Bakıda “Neftçi” ilə Rusiyanın “Zenit” klubu arasında keçirilən yoxlama görüşündə ikinci qol vurulub.

“QELEBE.AZ” xəbər verir ki, “Neftçi Arena”da keçirilən qarşılaşmada qonaqlar fərqləniblər.

56-cı dəqiqədə Du Keyruş hesabı bərabərləşdirib - 1:1.

22:09

Bakıda “Neftçi” ilə Rusiyanın “Zenit” klubu arasında keçirilən yoxlama görüşündə fasilə başa çatıb.

“QELEBE.AZ” xəbər verir ki, “Neftçi Arena”da keçirilən qarşılaşmada ikinci hissə başlayıb.

İlk yarıdan sonra “Neftçi” Reziuan Mirzovun qolu sayəsində 1:0 hesabı ilə öndədir.

21:50

Bakıda “Neftçi” ilə Rusiyanın “Zenit” klubu arasında keçirilən yoxlama görüşündə birinci hissə başa çatıb.

“QELEBE.AZ” xəbər verir ki, “Neftçi Arena”da keçirilən qarşılaşmada komandalar fasiləyə yollanıblar.

Hazırda “Neftçi” Reziuan Mirzovun qolu sayəsində 1:0 hesabı ilə öndədir.

21:12

Bakıda “Neftçi” ilə Rusiyanın “Zenit” klubu arasında keçirilən yoxlama görüşündə hesab açılıb.

“QELEBE.AZ” xəbər verir ki, “Neftçi Arena”da keçirilən qarşılaşmada Azərbaycan təmsilçisinin yarımmüdafiəçisi Reziuan Mirzov rəqibi məyus edib.

Rusiyalı futbolçu 9-cu dəqiqədə adını tabloya yazdırıb.

21:02

Bakıda “Neftçi” ilə Rusiyanın “Zenit” klubu arasında keçirilən yoxlama görüşü başlayıb.

“QELEBE.AZ” xəbər verir ki, “Neftçi Arena”da keçirilən qarşılaşma saat 21:00-da başlayıb.

Matçı FİFA referisi Rauf Cabarov idarə edir.

Bu komandalar arasında iyulun 1-də Sankt-Peterburqda baş tutan qarşılaşmada Rusiya təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

20:37

Yoxlama görüşündə üz-üzə gələcək “Neftçi”nin və Rusiyanın “Zenit” klubunun start heyətləri bəlli olub.

"QELEBE.AZ" xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Neftçi”: 93. Rza Cəfərov, 6. Dieqo Valdes, 7. Azər Əliyev, 9. Andre Şinyaşiki, 15. Ruslan Abışov, 16. Lukas Melano, 17. Rəhman Hacıyev (k), 22. Reziuan Mirzov, 25. Aaron Olanare, 44. Yuri Matias, 99. Ervin Koffi

Baş məşqçi: Adrian Mutu

“Zenit”: 16. Denis Adamov, 2. Dmitri Çistiakov, 55. Rodriqao, 3. Duqlas Santos, 4. Danil Kriqovoy, 18. Aleksandr Kovalenko, 37. Du Keyruş, 11. Klaudinyo, 19. Aleksey Sutormin, 31. Qustavo Mantuan, 10. Uilson İzidor

Baş məşqçi: Sergey Semak

Qeyd edək ki, bu gün “Neftçi Arena”da gerçəkləşəcək görüş saat 21:00-da başlayacaq. Bu komandalar arasında iyulun 1-də Sankt-Peterburqda baş tutan qarşılaşmada Rusiya təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

FOTO: Firi Səlim

Futbol
Ronaldo bağışlanılıb

Ronaldo bağışlanılıb

Futbol
AVRO-2024: UEFA püşkatmanın detallarını açıqlayıb

AVRO-2024: UEFA püşkatmanın detallarını açıqlayıb

Futbol
Pele ilə vida mərasiminə qatılmayan futbolçular tənqidlərə məruz qalıblar

Pele ilə vida mərasiminə qatılmayan futbolçular tənqidlərə məruz qalıblar

Futbol
"Əl-Nəsr" PSJ-nin məşhur futbolçusunu heyətinə qatmaq istəyir

"Əl-Nəsr" PSJ-nin məşhur futbolçusunu heyətinə qatmaq istəyir

Futbol
"Qarabağ"ın sabiq futbolçusu Rusiya klubuna keçib

"Qarabağ"ın sabiq futbolçusu Rusiya klubuna keçib

Futbol
“Sabah”ın qapıçısı 10-cu oyununu qol buraxmadan keçirib

“Sabah”ın qapıçısı 10-cu oyununu qol buraxmadan keçirib

Futbol
"Qarabağ"la oyun öncəsi "Olimpiakos"un heyətinə yeni müdafiəçi cəlb olunub

"Qarabağ"la oyun öncəsi "Olimpiakos"un heyətinə yeni müdafiəçi cəlb olunub

Futbol
DÇ-2022: Futbolçu FİFA direktorunu vurub

DÇ-2022: Futbolçu FİFA direktorunu vurub

Futbol
"Kəpəz" xorvatiyalı qapıçını transfer edib

"Kəpəz" xorvatiyalı qapıçını transfer edib

Futbol
Premyer Liqa: "Qarabağ" "Neftçi"ni məğlub edərək vahid lider olub

Premyer Liqa: "Qarabağ" "Neftçi"ni məğlub edərək vahid lider olub

Futbol
"Bavariya" yeni rekorda imza atıb

"Bavariya" yeni rekorda imza atıb

Futbol
Elvin Bədəlov: “Neftçi” Azərbaycan futbolunun “flaqman”ıdır, onlara “yox” deyə bilməzdim” - MÜSAHİBƏ

Elvin Bədəlov: “Neftçi” Azərbaycan futbolunun “flaqman”ıdır, onlara “yox” deyə bilməzdim” - MÜSAHİBƏ