ABŞ-dən olan basketbolçu: "Azərbaycan çempionatında əla oyunçular var"

ABŞ-dən olan basketbolçu: "Azərbaycan çempionatında əla oyunçular var"

"Çempionatda bir neçə güclü komanda və əla basketbolçular var".

"Report" xəbər verir ki, bunu Azərbaycan Basketbol Liqasında çıxış edən "NTD-İndiqo"nun oyunçusu Brendon Votkins klubun mətbuat xidmətinə müsahibəsində deyib.

28 yaşlı basketbolçu çempionata yaxşı legionerlərin gəldiyini bildirib: "Həm də keyfiyyətli yerlı oyunçular görürəm. Çox geniş ehtiyat skamyası olan klublar da mövcuddur. Bütün diqqətimi komandama yönəltmişəm. Altı oyun keçirmişik. Liqanın səviyyəsi olduqca yaxşıdır. Hər matçda qalib gəlmək istəyirik. Mən də "NTD-İndiqo"nun heyətində çempion olmaq niyyətindəyəm. Heç kim ambisiyasız oynamaq istəmir. Yaxşı kollektivimiz var və düşünürəm ki, bu çempionluq olduqca realdır".

ABŞ-dən olan oyunçu son turda "Sərhədçi"ni məğlub etmələrinə toxunub: "Başa düşürdük ki, bu oyunda yalnız qələbə qazanmalıyıq. Matça yaxşı başladıq, amma sonra rəqibə bizə çatmaq imkanı verdik. Məşqlərdə çalışmalı olduğumuz məqamlar var. Komanda qələbə qazana bildi və bu ən vacib şeydir".

Brendon Votkins sıx qrafikdə çıxış etmələrinə də münasibət bildirib: "Bu oyuna təsir edir. Matç boyunca yüksək tempdə oynamaq çətindir. Çərşənbə günü "Sabah"a qarşı ağır oyun keçirdik. Və artıq şənbə günü yenidən meydançaya çıxdıq. Şadam ki, "Sərhədçi" üzərində qələbə qazana bildik. Qələbə qazanmaq çox vacib idi".

Basketbolçu növbəti turda üz-üz gələcəkləri "Neftçi" ilə görüş haqqında da danışıb: "Bu mövsüm "Neftçi"nin oyunlarını izləmişəm. Hər oyun vacibdir. "Neftçi"yə qarşı görüş həm də ona görə vacibdir ki, onlar liderlər sırasındadırlar. Biz öz işimizi görməli və qələbə qazanmalıyıq".

Komanda
“Azərreyl”in Almaniya klubu ilə oyunlarının yeri və vaxtı bəlli olub

“Azərreyl”in Almaniya klubu ilə oyunlarının yeri və vaxtı bəlli olub

Komanda
“Formula 1” üzrə Azərbaycan Qran Prisi üçün ilk biletlər İngiltərədən alınıb

“Formula 1” üzrə Azərbaycan Qran Prisi üçün ilk biletlər İngiltərədən alınıb

Komanda
Baş katib: “15-18 komandanın iştirakı ilə maraqlı voleybol çempionatının şahidi olacağıq”

Baş katib: “15-18 komandanın iştirakı ilə maraqlı voleybol çempionatının şahidi olacağıq”

Komanda
Azərbaycan Basketbol Liqası: "AAAF Xırdalan BK" çətin qələbə qazanıb

Azərbaycan Basketbol Liqası: "AAAF Xırdalan BK" çətin qələbə qazanıb

Komanda
Azərbaycan millisinin üzvləri Çin çempionatında bürünc medal qazanıblar

Azərbaycan millisinin üzvləri Çin çempionatında bürünc medal qazanıblar

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finala vəsiqə qazanıb

Çağırış Kuboku: Azərbaycan təmsilçisi 1/8 finala vəsiqə qazanıb

Komanda
Azərbaycan çempionatında iki turun oyunları keçirilib

Azərbaycan çempionatında iki turun oyunları keçirilib

Komanda
Yüksək Liqa: Yeni ilin ilk oyununda "Azərreyl" qələbə qazanıb

Yüksək Liqa: Yeni ilin ilk oyununda "Azərreyl" qələbə qazanıb

Komanda
"Azərreyl" Çağırış Kubokuna qələbə ilə başlayıb

"Azərreyl" Çağırış Kubokuna qələbə ilə başlayıb

Komanda
Azərbaycan Voleybol Federasiyasının sabiq vitse-prezidenti vəfat edib

Azərbaycan Voleybol Federasiyasının sabiq vitse-prezidenti vəfat edib

Komanda
CEV “Xarı bülbül Şuşa” klubu haqqında yazı dərc edib

CEV “Xarı bülbül Şuşa” klubu haqqında yazı dərc edib

Komanda
Dünya komandası tarixdə ilk dəfə Leyver Kubokunu qazanıb

Dünya komandası tarixdə ilk dəfə Leyver Kubokunu qazanıb