Azərbaycan millisinin futzalçısı: "Hər xal uğrunda gərgin mübarizə gedəcək"

Azərbaycan millisinin futzalçısı: "Hər xal uğrunda gərgin mübarizə gedəcək"

"Növbəti mərhələyə yüksəlmək şansımız var, amma hər xal uğrunda gərgin mübarizə gedəcək".

"QELEBE.AZ" xəbər verir ki, bunu Azərbaycan millisinin futzalçısı Fərid Atakişiyev DÇ-2024-ün elit mərhələsində Rumıniya və Niderland yığmalarına qarşı keçirəcəkləri matçdan əvvəl federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

33 yaşlı oyunçu komandanı qarşıda maraqlı və ağır görüşlərin gözlədiyini bildirib: "Təcrübəli futzalçı kimi yığmaya bacardığım qədər kömək edəcəyəm. Rumıniya və Niderland milliləri yüksəlişdədirlər. Çalışacağıq doğma meydan amilindən istifadə edək. Daha sonra səfərdə keçirəcəyimiz Niderlandla matç haqqında fikirləşmək olar”.

"Neftçi"də çıxış edən oyunçu uzun fasilədən sonra milliyə dəvət almasına da toxunub: "Hazırlıq prosesi maraqlı keçir. Əlbəttə, yığmanın düşərgəsində olmaq fəxrdir. Bu hissləri yenidən yaşamağıma şərait yaradan baş məşqçiyə təşəkkür edirəm".

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində dekabrın 15-də Bakıda Rumıniyanı qəbul edəcək, bundan 5 gün sonra isə səfərdə Niderland ilə görüşəcək.

Futbol
Yaponiya millisinin sabiq futbolçusu 32 yaşında vəfat edib

Yaponiya millisinin sabiq futbolçusu 32 yaşında vəfat edib

Futbol
DÇ: İngiltərə Fransaya məğlub olaraq mundialla vidalaşıb

DÇ: İngiltərə Fransaya məğlub olaraq mundialla vidalaşıb

Futbol
Azərbaycanın futzal millisinin iki oyun üçün heyəti açıqlanıb

Azərbaycanın futzal millisinin iki oyun üçün heyəti açıqlanıb

Futbol
"Sumqayıt" Araz Abdullayevlə müqaviləni ləğv edib

"Sumqayıt" Araz Abdullayevlə müqaviləni ləğv edib

Futbol
"Liverpul" 3 futbolçusunu satışa çıxarıb

"Liverpul" 3 futbolçusunu satışa çıxarıb

Futbol
Premyer Liqanın daha bir klubu Antalyaya yollanıb

Premyer Liqanın daha bir klubu Antalyaya yollanıb

Futbol
"Bakcell Arena" ot örtüyü ilə əlaqədar təmirə bağlanır

"Bakcell Arena" ot örtüyü ilə əlaqədar təmirə bağlanır

Futbol
“Galatasaray” “Fenerbahçe”ni səfərdə 3:0 məğlub edib

“Galatasaray” “Fenerbahçe”ni səfərdə 3:0 məğlub edib

Futbol
Belarus yığmasının sabiq qapıçısı aksiyalarda iştiraka görə saxlanılıb

Belarus yığmasının sabiq qapıçısı aksiyalarda iştiraka görə saxlanılıb

Futbol
"Neftçi"nin legionerinin durumuna aydınlıq gəlib

"Neftçi"nin legionerinin durumuna aydınlıq gəlib

Futbol
Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə yekun vurulub

Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə yekun vurulub

Futbol
KİV: "Neftçi"nin baş məşqçisi Rumıniya klubu ilə razılıq əldə edib

KİV: "Neftçi"nin baş məşqçisi Rumıniya klubu ilə razılıq əldə edib