"Qəbələ"nin baş məşqçisi: "Bir mövqeni mütləq gücləndirməliyik"

"Qəbələ"nin baş məşqçisi: "Bir mövqeni mütləq gücləndirməliyik"

"Transferlərlə bağlı rəhbərliklə görüşümüz olacaq. Bir mövqeni mütləq gücləndirməliyik".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Türkiyənin Antalya şəhərində Çexiyanın "Teplitse" komandasına 1:2 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, hələlik yalnız Rafael Utziq komandaya qoşulmayıb: "Onun qarşıdakı günlərdə məşqlərə qatılacağı gözlənilir".

Hazırlıq prosesini də dəyərləndirən Baxşıyev hər şeyin plana uyğun keçdiyini söyləyib: "Hazırlığın son altı günü ərzində üç matç planlaşdırmışdıq. Komanda meydanda istədiyimizi verməyə çalışırdı. Ən əsası hazırlıq prosesini zədəsiz başa vurduq. Bəzi oyun elementlərinin üzərində işləyirdik və onlar matç ərzində gördük".

O, komandadan razı qaldığını vurğulayıb: "Futbolçular həm oyunlar, həm məşqlərdə səy göstərirdilər. Bütün fikrimiz toplanışla bağlı idi. Vətənə qayıtdıqdan sonra diqqətimiz "Kəpəz" lə Premyer Liqa görüşünə yönələcək".

Futbol
Canni De Byazinin köməkçisi İtaliya klubunun baş məşqçisi olacaq

Canni De Byazinin köməkçisi İtaliya klubunun baş məşqçisi olacaq

Futbol
Mahir Emreli növbəti dəfə zədələnib

Mahir Emreli növbəti dəfə zədələnib

Futbol
Ötən ilin ən yaxşı və ən məhsuldar qapıçıları açıqlanıb

Ötən ilin ən yaxşı və ən məhsuldar qapıçıları açıqlanıb

Futbol
Bundesliqa: "Borussiya” səfərdə "Ayntraxt"a qalib gəlib

Bundesliqa: "Borussiya” səfərdə "Ayntraxt"a qalib gəlib

Futbol
DÇ-2022: Mərakeş - Xorvatiya oyunu başlayıb

DÇ-2022: Mərakeş - Xorvatiya oyunu başlayıb

Futbol
"Futbol+" qəzetinin 25 yaşı tamam olur

"Futbol+" qəzetinin 25 yaşı tamam olur

Futbol
Fransa Peşəkar Futbol Liqası "Qarabağ"ın rəqibini cəzalandırıb

Fransa Peşəkar Futbol Liqası "Qarabağ"ın rəqibini cəzalandırıb

Futbol
Türkiyə Futbol Federasiyasının binasına silahlı hücum olub

Türkiyə Futbol Federasiyasının binasına silahlı hücum olub

Futbol
"Qarabağ" - "Nant" oyunu bir dəqiqəlik sükutla başlaya bilər

"Qarabağ" - "Nant" oyunu bir dəqiqəlik sükutla başlaya bilər

Futbol
Kevin Medina: "Məndən olsaydı, "Frayburq"a qarşı oynayardım" - MÜSAHİBƏ

Kevin Medina: "Məndən olsaydı, "Frayburq"a qarşı oynayardım" - MÜSAHİBƏ

Futbol
Qurban Qurbanov: "Nant" qrupun ən təhlükəli komandasıdır"

Qurban Qurbanov: "Nant" qrupun ən təhlükəli komandasıdır"

Futbol
"Qəbələ"nin futbolçusu: "Təmiz penalti verilmirsə, VAR nəyə lazımdır?"

"Qəbələ"nin futbolçusu: "Təmiz penalti verilmirsə, VAR nəyə lazımdır?"