Lukaku "Fənərbaxça"dan ayrılır?
“Fənərbaxça”nın futbolçusu Romelu Lukaku qış transfer pəncərəsində komandadan ayrıla bilər.
Apasport.az xəbər verir ki, belçikalı hücumçuya MLS təmsilçisi “Sinsinnati” maraq göstərir.
Bu barədə yerli mətbuat məlumat yayıb.
İddialara görə, ABŞ klubu Lukakunun vəziyyətini izləməyə davam edir. Bundan başqa, daha iki MLS təmsilçisinin də 33 yaşlı forvardın transferi üçün hərəkətə keçə biləcəyi bildirilir.
Qeyd edək ki, “Fənərbaxça” Lukakunu mövsümün əvvəlində “Napoli”dən 6 milyon avroya transfer edib. Təcrübəli hücumçu İstanbul klubunun heyətində 16 rəsmi oyunda meydana çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

https://mail.qalaba.az//uploads/photo/lukaku-quotfenerbaxchaquotdan-ayrilir.webp