"Neftçi"nin braziliyalı legioneri: "Qarabağ"ın bu gün qələbə qazanmasını istəyirəm"

"Neftçi"nin braziliyalı legioneri: "Qarabağ"ın bu gün qələbə qazanmasını istəyirəm"

"Qarabağ"ın bu gün qələbə qazanmasını istəyirəm".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Yuri Matias Azərbaycan təmsilçisinin Bakıda İsveçin "Hakken" komandasına qarşı keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin VI turunun oyunu barədə mətbuat konfransında danışarkən deyib.

28 yaşlı braziliyalı müdafiəçi matçın ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini söyləyib: "Qarabağ" yaxşı heyətə malik güclü komadadır".

Yuri Matias "Qarabağ"a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XVII turunun oyunu barədə də danışıb: "Həm klub, həm də azarkeşlər üçün əhəmiyyətli matç olacağını bilirəm. Hər kəs belə komandaya qarşı mübarizə aparmaq istəyir. Rəqibimiz güclüdür. Amma biz də "Neftçi"yik. Heç kimdən çəkinmirik. Yaxşı oyun göstərərək qələbə qazanmağa çalışacağıq. Müdafiəçi olaraq hər matçda qol vurmağa söz vermək çətindir. Amma qələbə üçün əlimdən gələni edəcəyimi deyə bilərəm".

Qeyd edək ki, dekabrın 18-də reallaşacaq "Qarabağ" - "Neftçi" qarşılaşması saat 20:00-də başlayacaq.

Futbol
Ronaldo klubunu satır

Ronaldo klubunu satır

Futbol
Mbappe PSJ-nin Çempionlar Liqasında ən çox qol vuran futbolçusu olub

Mbappe PSJ-nin Çempionlar Liqasında ən çox qol vuran futbolçusu olub

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Komanda "Qarabağ"la oyunda xarakter göstərdi"

"Qəbələ"nin baş məşqçisi: "Komanda "Qarabağ"la oyunda xarakter göstərdi"

Futbol
DÇ-2022-də ən çox futbolçu ilə təmsil olunan klublar bəlli olub

DÇ-2022-də ən çox futbolçu ilə təmsil olunan klublar bəlli olub

Futbol
Azərbaycan millisinin rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər

Azərbaycan millisinin rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər

Futbol
Cahangir Həsənzadə: "Azərbaycanı UEFA-da təmsil etmək böyük şərəfdir"

Cahangir Həsənzadə: "Azərbaycanı UEFA-da təmsil etmək böyük şərəfdir"

Futbol
Sezar Meza Kolli: “İnanmasaydım, indi burada olmazdım”

Sezar Meza Kolli: “İnanmasaydım, indi burada olmazdım”

Futbol
Abdullah Zubir: "Təklif gələndə "Qarabağ"ı tanımırdım"

Abdullah Zubir: "Təklif gələndə "Qarabağ"ı tanımırdım"

Futbol
Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək

Futbol
"Sabah"ın almaniyalı legioneri: "Qarabağ"ı büdrətmək çox çətindir"

"Sabah"ın almaniyalı legioneri: "Qarabağ"ı büdrətmək çox çətindir"

Futbol
“Barselona” “Real Madrid”i məğlub edərək İspaniya Superkubokunun qalibi olub

“Barselona” “Real Madrid”i məğlub edərək İspaniya Superkubokunun qalibi olub

Futbol
Çempionlar Liqasında həftənin rəmzi komandası bəlli olub

Çempionlar Liqasında həftənin rəmzi komandası bəlli olub