"Qarabağ"ın legioneri: "Frayburq"la oyunu böyük həvəslə gözləyirik"
"Sabahkı oyunu böyük həvəslə gözləyirik. Matça hazırıq".
"QELEBE.AZ"un Almaniyaya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Morko Veşoviç "Frayburq"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunundan əvvəl mətbuat konfransında deyib.
31 yaşlı müdafiəçi rəqibi analiz etdiklərini bildirib: "Bizim təcrübəmiz var. Bu görüşədək avrokuboklarda bir neçə qarşılaşmada iştirak etmişik".
Monteneqrolu oyunçu kollektivdə ab-havanın yaxşı olduğunu söyləyib: "Rəqib Almaniyada birinci pillədədir. Bizə əlavə motivasiya lazım deyil. Sabahkı qarşılaşmaya tam hazırıq".

https://mail.qalaba.az//uploads/photo/qarabagin-legioneri-frayburqla-oyunu-boyuk-hevesle-gozleyirik.webp











