La Liqa: "Real" "Villareal"ı yenərək birinci pilləyə yüksəlib
İspaniya La Liqasının XVII turunda “Real Madrid” evində “Villareal”ı qəbul edib.
"QELEBE.AZ" xəbər verir ki, görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmanın 25-ci dəqiqəsində C.Bellinhem hesabı açıb. 37-ci dəqiqədə Rodriqo hesab arasındakı fərqi artırıb. J.Morales 54-cü dəqiqədə qonaqların yeganə qolunun müəllifi olub.
Oyunun 64-cü dəqiqəsində B.Diaz fərqi artırıb. Görüşdə son nöqtəni L.Modriç qoyub.
Qələbə sayəsində “Real Madrid” 42 xalla turnir cədvəlinin lideri olub. Qonaqlar isə 16 xalla 14-cü pillədə qərarlaşıblar.

https://mail.qalaba.az//uploads/photo/la-liqa-real-villareali-yenerek-birinci-pilleye-yukselib.webp











