AŞF 2023-cü ildə dünya və Avropa çempionatlarında medal qazanmış şahmatçıları mükafatlandırıb

AŞF 2023-cü ildə dünya və Avropa çempionatlarında medal qazanmış şahmatçıları mükafatlandırıb

Azərbaycan Şahmat Federasiyası (AŞF) 2023-cü ildə dünya və Avropa çempionatlarında medal qazanmış idmançıları mükafatlandırıb.

"QELEBE.AZ"un məlumatına görə, tədbirdə 14 şahmatçıya mükafatlar təqdim edilib.

Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, AŞF prezidenti Mahir Məmmədov, vitse-prezident Seymur Talıbov və qurumun İcraiyyə Komitəsinin üzvləri iştirak ediblər.

İlk olaraq cari ildə əldə olunmuş nailiyyətlər və keçirilmiş tədbirlərlə bağlı videoçarx nümayiş etdirilib.

Mahir Məmmədov və Fərid Qayıbov çıxış edərək, 2023-cü ildə uğurlar qazanmış idmançıları təbrik ediblər.

Azərbaycan şahmatçısı Günay Məmmədzadə AŞF rəhbərliyinə göstərdikləri diqqət üçün xüsusi minnətdarlığını bildirib.

Kişilərdən ibarət komandanın üzvü Nicat Abbasov 2023-cü ilin çox yaxşı keçdiyini bildirib: “Bir idmançı kimi deyə bilərəm ki, idman növləri çox olsa da, bizim federasiyamız çox fərqlənir. Bir çox insanlar Azərbaycan şahmatçılarının uğurlarından danışır. Bu bizim üçün sevindirici haldır”.

AŞF-nin vitse-prezidenti Faiq Həsənov şahmatçılara uğurlar arzu edib: “Azərbaycan şahmat ölkəsinə çevrilib. 1970-ci illərdə Ulu Öndər Heydər Əliyev regionlarımızda şahmat məktəblərinin əsasını qoyduğu gündən bu günə kimi elə bir rayonumuz yoxdur ki, ordan yaxşı şahmatçı çıxmasın. Həmçinin cənab Prezident İlham Əliyevin şahmata göstərdiyi diqqət və qayğını idmançılarımız çox yaxşı hiss edir. Uzun zamandır ki, mən Azərbaycan şahmatında belə canlanma görməmişdim”.

Fərdi
Şahmat Federasiyasında ilin yekunlarına həsr olunan görüş keçirilib

Şahmat Federasiyasında ilin yekunlarına həsr olunan görüş keçirilib

Fərdi
"Formula 1" Bakıda ilk dəfə sprint yarışının keçiriləcəyini açıqlayıb

"Formula 1" Bakıda ilk dəfə sprint yarışının keçiriləcəyini açıqlayıb

Fərdi
Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi olub

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirin qalibi olub

Fərdi
Göygöldə ustad dərsləri təşkil olunub

Göygöldə ustad dərsləri təşkil olunub

Fərdi
Azərbaycanın 2 parataekvondoçusu reytinq turnirində qızıl medal qazanıb

Azərbaycanın 2 parataekvondoçusu reytinq turnirində qızıl medal qazanıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha iki qadın güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın daha iki qadın güləşçisi mübarizəyə başlayır

Fərdi
Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu bu gün tatamiyə çıxacaq

Avropa çempionatı: Azərbaycanın daha 5 cüdoçusu bu gün tatamiyə çıxacaq

Fərdi
Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Fərdi
Azərbaycan güləşçisi Dünya Kubokunda zədələnib

Azərbaycan güləşçisi Dünya Kubokunda zədələnib

Fərdi
Rüstəm Orucov: “Bu, indiyə qədər öyrəndiyim ən yaxşı dərsdir”

Rüstəm Orucov: “Bu, indiyə qədər öyrəndiyim ən yaxşı dərsdir”

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi yarımfinala yüksəlib

Dünya çempionatı: Azərbaycan güləşçisi yarımfinala yüksəlib

Fərdi
Azərbaycan cüdoçuları İtaliyada cüdo üzrə Açıq Avropa turnirində iştirak edəcək

Azərbaycan cüdoçuları İtaliyada cüdo üzrə Açıq Avropa turnirində iştirak edəcək