Vitali Borisov: "Şansımızın olub-olmamasından asılı olmayaraq, qələbə qazanmaq istəyirik"

Vitali Borisov: "Şansımızın olub-olmamasından asılı olmayaraq, qələbə qazanmaq istəyirik"

"Şansımızın olub-olmamasından asılı olmayaraq, qələbə qazanmaq istəyirik".

"Report" xəbər verir ki, bunu futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov səfərdə Niderlanda qarşı keçirəcəkləri DÇ-2024-ün elit mərhələsinin oyunundan əvvəl federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis uzun yol qət etdiklərini bildirib: "Buna baxmayaraq, yorğunluq fonunda ilk məşqimizi reallaşdırdıq. Futzalçılar çalışdılar ki, verilən tapşırıqları yerinə yetirsinlər. Rumıniya ilə matçla müqayisədə heyətimizdə iki dəyişiklik var. Amadeu zədə səbəbindən bizə kömək edə bilməyəcək. Onu Eduardo Borges əvəzləyəcək. Edu 3 gün əvvəlki matçı cəzalı olduğuna görə buraxmaq məcburiyyətində qalmışdı".

Borisov qələbə qazanmaq üçün əllərindən gələni edəcəklərini söyləyib: "Rəqibi təhlil etmişik. Futzalçılara da müəyyən tapşırıqlar veriləcək. Rəqibin standart vəziyyətlər zamanı, eləcə də “5-in” “4-ə” oynayarkən hansı üstünlüklərə malik olacaqlarını və bizim nələr etməli olduğumuzu deyəcəyəm".

Qeyd edək ki, dekabrın 20-də reallaşacaq Niderland - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Azərbaycan millisi qələbə qazansa da, növbəti mərhələyə yüksəlmək şansı digər oyunlarda qeydə alınacaq nəticələrdən asılıdır.

Futbol
Avropa Liqası: “Qarabağ” səfərdə Bundesliqanın lideri ilə oynayacaq

Avropa Liqası: “Qarabağ” səfərdə Bundesliqanın lideri ilə oynayacaq

Futbol
Tomas Tuxel istefaya göndərilib

Tomas Tuxel istefaya göndərilib

Futbol
Muxtar Babayev Azərbaycan Alpinizm Federasiyasının prezidenti seçilib

Muxtar Babayev Azərbaycan Alpinizm Federasiyasının prezidenti seçilib

Futbol
"Qarabağ" - "Frayburq" oyunu başlayıb

"Qarabağ" - "Frayburq" oyunu başlayıb

Futbol
"Olimpiakos" "Qarabağ"la oyundan öncə yeni qapıçı transfer edib

"Olimpiakos" "Qarabağ"la oyundan öncə yeni qapıçı transfer edib

Futbol
Sloveniyalı hakim-inspektor Əliyar Ağayevin işinə qiymət verəcək

Sloveniyalı hakim-inspektor Əliyar Ağayevin işinə qiymət verəcək

Futbol
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" autsayderə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Turan Tovuz" autsayderə qalib gəlib

Futbol
Hakim Ziyeş Mərakeş millisində xüsusi şərtlərlə oynayır

Hakim Ziyeş Mərakeş millisində xüsusi şərtlərlə oynayır

Futbol
Millətlər Liqasının final turnirinin yeri dəqiqləşib

Millətlər Liqasının final turnirinin yeri dəqiqləşib

Futbol
Rəşad Sadıqov: "Onu Kevin De Brüyneyə oxşadıram"

Rəşad Sadıqov: "Onu Kevin De Brüyneyə oxşadıram"

Futbol
“Real Madrid” mövsümün ilk El-Klasikosunda “Barselona”ya qalib gəlib

“Real Madrid” mövsümün ilk El-Klasikosunda “Barselona”ya qalib gəlib

Futbol
Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlil etmişik"

Sergey Kleşenko: "Azərbaycan millisini yaxşı təhlil etmişik"