"Qarabağ"ın baş məşqçisi: "Bu günü yox, sabahı da düşünürük"

"Qarabağ"ın baş məşqçisi: "Bu günü yox, sabahı da düşünürük"

"Bizə faydalı olan oyunçulara "yox" demirik. Bu günü yox, sabahı da düşünürük. Yalnız bu günü düşünmək uğursuz olar".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında qış transfer dönəmində heyətə yeni oyunçuların cəlb olunmaq perspektivi ilə bağlı danışarkən deyib.

51 yaşlı mütəxəssis hər "transfer pəncərəsi"ndə hansısa dəyişiklik etmək istədiyini bildirib: "Sırf Avropa Liqasının pley-off mərhələsinə görə bu addımı atsaq, yanlış olar. Daim komandanın hansısa mövqeyində dəyişiklik lazımdırsa, bunu etməyə çalışırıq".

"Komanda.az" saytı tərəfindən ilin ən yaxşı məşqçisi seçilən Qurbanov onu bu ada layiq görənlərə təşəkkür edib: "Təbii ki, həyəcan var idi. Çox sevindim. Hər insanın zəhmətinə dəyər veriləndə əhvali-ruhiyyəsi yaxşılaşır. Bu işdə daim olmağı və uğurlu nəticələr əldə etməyi çox istəyirəm. Çünki hər klub uğur qazanmaq üçün yaradılır. Bu komandada diqqətsiz və məsuliyyətsiz olmaq mümkün deyil. Mütləq məsuliyyətimiz daha da artmalıdır. İstər-istəməz qarşıdakı illərdə rəqabət çoxalacaq. Klublarımızın sayı və sponsorlar da artacaq. Qarşıdakı illərdə mən bu klubda olacağamsa, rəhbərliklə birlikdə bu komandanı yaxşı səviyyədə saxlamağa çalışacağıq. Bu adın dəyəri bizim üçün çox böyükdür".

Təcrübəli baş məşqçi avrokuboklarda mərhələ adlamağın onlara və ölkə futboluna təcrübə qazandırdığını söyləyib: "Bizdən daha böyük uğur gözlənilir, beləliklə, iş saatımız çoxalır. Çünki get-gedə təcrübəli və güclü rəqiblərlə üz-üzə gəlirik. Klub, rəhbərlik və futbolçuların iş saatları artmalıdır. Çalışacağıq ki, bunları düşünərək addım ataq və iş prinsiplərimizi daha da yaxşılaşdıraq".

Qurbanov qarşıdakı illərdə digər mütəxəssislərin ilin ən yaxşı baş məşqçisi adına layiq görüləcəyini deyib: "Digər məşqçilərin hər birinə bu adın verilməsini çox istəyirdim. Gecə-gündüz üzərilərində çalışan mütəxəssislər var. Daim çalışırlar, təcrübə toplayırlar, elmlərini, savadlarını artırırlar. Onlara bəzən qibtə edirəm. Tanıdıqlarım öz işlərini, peşələrini sevirlər. Heç nəyə fikir vermədən Azərbaycan futbolu üçün bacarıqlı, yaxşı şəxsiyyət olmaq istəyirlər. Onların hamısına bu adın verilməsini istəyirəm. İnanıram ki, olacaq. "Sabah"ın baş məşqçisi Murad Musayev və yerli mütəxəssislərimizin hamısı öz üzərilərində çox çalışırlar. Rəşad Sadıqov, Ayxan Abbasov, Samir Abasov, Elmar Baxşıyev və digərləri öz üzərilərində çox çalışırlar. İnanıram və əminəm ki, onlar da bu ada sahib çıxacaqlar".

Futbol
"Neftçi" nigeriyalı futbolçunu baxışa dəvət edib

"Neftçi" nigeriyalı futbolçunu baxışa dəvət edib

Futbol
Natan Oduva: "Kiçik səhvlərə yol verdik, "Qarabağ" bizi cəzalandırdı"

Natan Oduva: "Kiçik səhvlərə yol verdik, "Qarabağ" bizi cəzalandırdı"

Futbol
“Şamaxı” daha bir futbolçunu heyətinə qatıb

“Şamaxı” daha bir futbolçunu heyətinə qatıb

Futbol
Tərlan Əhmədov: "Mənim sehirli çubuğum yoxdur"

Tərlan Əhmədov: "Mənim sehirli çubuğum yoxdur"

Futbol
Samir Abasov: "Belə məğlubiyyət gözləmirdim"

Samir Abasov: "Belə məğlubiyyət gözləmirdim"

Futbol
Azərbaycan millisinin futbolçusu: “Hədəfim PSJ-də oynamaqdır”

Azərbaycan millisinin futbolçusu: “Hədəfim PSJ-də oynamaqdır”

Futbol
"Olimpiakos" "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

"Olimpiakos" "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

Futbol
Azərbaycan millisinin sabiq oyunçusu: “Lipa”lara görə futboldan uzaqlaşmaq qərarına gəldim”

Azərbaycan millisinin sabiq oyunçusu: “Lipa”lara görə futboldan uzaqlaşmaq qərarına gəldim”

Futbol
İspaniya millisi 19 ildən sonra doğma meydanda məğlub olub

İspaniya millisi 19 ildən sonra doğma meydanda məğlub olub

Futbol
UEFA Avropa çempionatı iştirakçılarının sayını artırmaqdan imtina edib

UEFA Avropa çempionatı iştirakçılarının sayını artırmaqdan imtina edib

Futbol
"Qarabağ" - "Frayburq" oyununun biletləri satışa çıxarılıb

"Qarabağ" - "Frayburq" oyununun biletləri satışa çıxarılıb

Futbol
DÇ-2022: İspaniya - Almaniya matçında qalib müəyyənləşməyib

DÇ-2022: İspaniya - Almaniya matçında qalib müəyyənləşməyib