Azərbaycan millisi Andorra səfərində – YENİLƏNİR

Azərbaycan millisi Andorra səfərində – YENİLƏNİR

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirəcək.

Apasport.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığmamız yoldaşlıq görüşündə Andorranın qonağı olacaq.

Qarşılaşma Andorranın Enkamp şəhərində yerləşən “Estadi de la FAF” stadionunda baş tutacaq. Matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Görüşü ispaniyalı hakim Xose Luis Munuera idarə edəcək.

Bu, millimizin 2026-cı ildə keçirəcəyi sonuncu qarşılaşma olacaq.

Yığmamız əvvəlki oyununda UEFA Millətlər Liqasının D Liqasında Lixtenşteyni səfərdə 1:0 hesabı ilə məğlub edib.

Andorra ilə görüş Azərbaycan millisinin kapitanı Emin Mahmudov üçün də xüsusi əhəmiyyət daşıyır. Təcrübəli yarımmüdafiəçi bu qarşılaşmadan sonra milli komandadakı karyerasını başa vuracaq.

Yoldaşlıq oyunu

16 noyabr

22:00. Andorra – Azərbaycan

Baş hakim: Xose Luis Munuera (İspaniya)

Stadion: “Estadi de la FAF” (Enkamp)