"Qarabağ"ın prezidenti: "Əsgərlərin qələbə ruhunu futbolçularda gördük"

"Qarabağ"ın prezidenti: "Əsgərlərin qələbə ruhunu futbolçularda gördük"

“Qarabağ”ın prezidenti Tahir Gözəl Xankəndidə MOİK-ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

"QELEBE.AZ"un şəhərə ezam olunmuş əməkdaşı xəbər verir ki, funksioner ilk olaraq qarşılaşma haqqında fikirlərini bölüşüb.

"MOİK möhtəşəm çıxış etdi. Onları alqışlamaq lazımdır. Əsgərlərin qələbə ruhunu futbolçularında gördük. Onlarla qürur duydum. “Qarabağ” prezidenti kimi deyirəm, MOİK qalib gəlsəydi, inanın üzülməyəcəkdim. Yenə də, halal olsun deyəcəkdim. Çünki alınlarının təri ilə böyük mübarizə apardılar. Sadəcə, qismət bizə imiş. Hər komanda qalib gəlmək istəyirdi".

- Bura dünəndən gəlmisiz. Şuşa və Xankəndidə də olmusuz. Şəhərlərimizlə bağlı təəssüratınız necədir?

- Bura ilk dəfədir gəlirəm. Daha əvvəl klubla Ağdama getmişdim. Buraları gecəm piyada gəzmişəm. Çox qeyri-adi duyğudur. Allah qoysa, gələcək nəsillər bu mənəviyyatı, gözəlliyi öz ürəklərində daşısınlar. Buraları geri qaytarmaq, buralara gəlmək... Böyük fədakarlığın nəticəsində buralara gəlib çatmışıq. Ona görə böyük qürur, sevinc hissi var. Çox gözəl yerlərdir. Bütün Qarabağı tək-tək ziyarət etmək istəyirəm.

- Avropa klublarını burada qonaq etməyi düşünürsüz?

- Cənab Prezident matçdan əvvəl, “İmarət”in tezliklə inşa ediləcəyi haqda xoş xəbər verdi. Allah qoysa, Avropa komandalarını orada qəbul edəcəyik. Avropa klublarına mesajım budur ki: ən böyük klublar illərdir avrokuboklarda oynayırlar, amma son illərin ən gözəl sürprizi “Qarabağ”dır. Azərbaycan futbolunda tarix yazıb. Onların heç gözləmədiyi cəsarətdə, imanda klub qarşılarına çıxır. Biz Avropada həmişə sürpriz edəcəyik.

- “Qarabağ” yenidən Xankəndinə səfər edə bilər?

- AFFA ilə bərabər bura gəlməyə həmişə hazırıq. “Qarabağ” infrastrukturu və hər şeyi ilə artıq Bakıda yerləşən klubdur. Amma “İmarət” stadionu tikiləndə, şərait normal olanda, əbləttə ki, ən gözəl oyunlarımızı, ilin ən baxımlı, maraqlı matçlarını burada keçirməkdən şərəf duyarıq.

- Avropa Liqasında “Braqa” ilə qarşılaşacaqsınız. Bu haqda fikriniz necədir?

- Potensial rəqiblər arasında Çempionlar Liqasında çempion olmağı qarşısına hədəf qoymuş “Milan” kimi klublar var idi. Hesab edirəm ki, “Braqa”ya qarşı oyunlarımız ağır olacaq. Amma bizim qarşımıza çıxmasını arzu etdiyimiz üç klubdan biri onlar idi. Portuqaliyanın möhtəşəm mədəniyyəti, tarixi var. Qarşımızda hörmətli, dərin klub dayanıb. Bir şeyi də unutmayaq ki, “Braqa”nın büdcəsi bizdən çox böyükdür. Amma “Qarabağ” “Bayer”ə qarşı göstərdiyi mübarizəni orada göstərsə, məncə, çox böyük şansımız var.

Futbol
Bu gün Azərbaycan Premyer Liqasında XVI tur başa çatacaq

Bu gün Azərbaycan Premyer Liqasında XVI tur başa çatacaq

Futbol
Rusiya millisi uzun müddətdən sonra oyun keçirəcək

Rusiya millisi uzun müddətdən sonra oyun keçirəcək

Futbol
Samuel Eto əlcəzairli yutuberin sifətinə təpiklə zərbə vurub

Samuel Eto əlcəzairli yutuberin sifətinə təpiklə zərbə vurub

Futbol
Mundiallarda baş məşqçi və futbolçu kimi ən çox qələbə qazananlar açıqlanıb

Mundiallarda baş məşqçi və futbolçu kimi ən çox qələbə qazananlar açıqlanıb

Futbol
"Mançester Siti" 1/8 finala vəsiqəni təmin edib, "Milan" "Çelsi"yə uduzub

"Mançester Siti" 1/8 finala vəsiqəni təmin edib, "Milan" "Çelsi"yə uduzub

Futbol
"Nant"ın qapıçısı: "Qarabağ"la oyunda harada səhv etdiyimizi bilirik"

"Nant"ın qapıçısı: "Qarabağ"la oyunda harada səhv etdiyimizi bilirik"

Futbol
“Poqon”un Musa Qurbanlı üçün ödəmək istədiyi məbləğ müəyyənləşib

“Poqon”un Musa Qurbanlı üçün ödəmək istədiyi məbləğ müəyyənləşib

Futbol
Acınacaqlı vəziyyətdə olan Zərdab rayon mərkəzi stadionu

Acınacaqlı vəziyyətdə olan Zərdab rayon mərkəzi stadionu

Futbol
Moldova – Azərbaycan oyunun hakimləri açıqlanıb

Moldova – Azərbaycan oyunun hakimləri açıqlanıb

Futbol
Mirbağır İsayev 3 aylıq futboldan uzaqlaşdırılıb

Mirbağır İsayev 3 aylıq futboldan uzaqlaşdırılıb

Futbol
Qurban Qurbanov: "Qarabağ"ı asanlıqla tərk etmək fikrində deyiləm"

Qurban Qurbanov: "Qarabağ"ı asanlıqla tərk etmək fikrində deyiləm"

Futbol
Qurban Qurbanov: "Kadi Borgesin zədələnməsi planlarımızı pozdu"

Qurban Qurbanov: "Kadi Borgesin zədələnməsi planlarımızı pozdu"