Mahir Emrelinin durumuna aydınlıq gəlib
Xorvatiyanın “Dinamo” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib.
"QELEBE.AZ"un əldə etdiyi məlumata görə, “Roqaşka”ya 1:0 hesabı ilə qalib gəldikləri yoxlama matçında xəsarət alan 26 yaşlı hücumçunun əzələsində problem aşkarlanmayıb.
Ultra səs müayinəsinə əsasən, forvard diz bağlarındakı zədəyə görə 6-8 həftə müalicəyə ehtiyac duyacaq.
Emreli sabah Maqnit Rezonans Tomoqrafiyasından (MRT) keçəcək.
Qeyd edək ki, 2022-ci ildən Zaqreb təmsilçisində çıxış edən Mahir Emrelinin klubla müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq.

https://mail.qalaba.az//uploads/photo/mahir-emrelinin-durumuna-aydinliq-gelib.webp











