"Araz-Naxçıvan"ın yeni transferi: "Tam hazır deyiləm, axsamalar var"

"Araz-Naxçıvan"ın yeni transferi: "Tam hazır deyiləm, axsamalar var"

"Hələ tam hazır deyiləm. Xüsusilə də fiziki planda axsamalar var".

"QELEBE.AZ" xəbər verir ki, bunu "Araz-Naxçıvan" klubunun "Sabah"dan icarəyə götürdüyü futbolçusu İldar Alekperov Naxçıvan təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.

Yarımmüdafiəçi "Zirə" ilə yoxlama görüşündə fasilədən sonra meydana çıxdığını xatırladıb: "Oyundan sonra baş məşqçi ilə də söhbətimiz oldu, fikirlərini dinlədim. Əlbəttə, onun dedikləri çox önəmlidir. Elə etməliyəm ki, çempionatın bərpasına qədər çatışmazlıqları aradan qaldırım”.

Alekperov yeni klubu ilə bağlı ilkin təəssüratlarını da bölüşüb: “Mənə inanaraq komandaya dəvət etdiyinə görə məşqçilər heyətinə təşəkkürümü bildirirəm. Bu mövsüm “Sabah”ın heyətində demək olar oynamırdım, nadir hallarda meydana çıxırdım. Müqavilə ilə məxsus olduğum klub təcrübə qazanmağım üçün icarə əsasında da olsa, özümü oynaya biləcəyim bir komandada sınamaq şansı yaratdı. Artıq bir neçə gündür “Araz-Naxçıvan”ın düşərgəsindəyəm. Təbii ki, yeni komanda və heyət üzvlərinin arasına düşmüşəm və uyğunlaşmaq üçün az da olsa, zaman lazımdır. Uşaqlar yaxşı qarşıladılar, aralarında tanıdıqlarım da var. Atmosfer yaxşıdır, baxıram, hamı oynamaq istəyir, bunun üçün çalışır".

Futbol
PFL prezidenti "Qarabağ" klubunun rəhbərliyi ilə görüşüb

PFL prezidenti "Qarabağ" klubunun rəhbərliyi ilə görüşüb

Futbol
“Çelsi”nin sabiq kapitanı karyerasını bitirib

“Çelsi”nin sabiq kapitanı karyerasını bitirib

Futbol
"Qarabağ"ın prezidenti: "Möhtəşəm oynadıq"

"Qarabağ"ın prezidenti: "Möhtəşəm oynadıq"

Futbol
Niderland millisinin futbolçusu "Liverpul"a keçib

Niderland millisinin futbolçusu "Liverpul"a keçib

Futbol
"Kəpəz"in baş məşqçisi istefa sədaları altında müsahibə verib

"Kəpəz"in baş məşqçisi istefa sədaları altında müsahibə verib

Futbol
Avropa Liqası: "Qarabağ"ın hücumçusu birinci sırada, qapıçısı ilk "3-lük"də yer alıb

Avropa Liqası: "Qarabağ"ın hücumçusu birinci sırada, qapıçısı ilk "3-lük"də yer alıb

Futbol
Portuqaliya millisinin futbolçusu “Çelsi”yə keçib

Portuqaliya millisinin futbolçusu “Çelsi”yə keçib

Futbol
"Qalatasaray" Danimarka klubunun müdafiəçisini transfer edib

"Qalatasaray" Danimarka klubunun müdafiəçisini transfer edib

Futbol
Moldova yığmasına Azərbaycan millisi ilə oyun üçün iki yeni futbolçu çağırılıb

Moldova yığmasına Azərbaycan millisi ilə oyun üçün iki yeni futbolçu çağırılıb

Futbol
Mirbağır İsayev: "Heç kimi söyməmişəm, sadəcə, jest etmişəm"

Mirbağır İsayev: "Heç kimi söyməmişəm, sadəcə, jest etmişəm"

Futbol
Murad Musayev: "Qərarlaşdığımız mövqeyə layiq olduğumuzu düşünürəm"

Murad Musayev: "Qərarlaşdığımız mövqeyə layiq olduğumuzu düşünürəm"

Futbol
"Qarabağ"ın sabiq futbolçusu Rusiya klubuna keçib

"Qarabağ"ın sabiq futbolçusu Rusiya klubuna keçib