Ötən il ən çox qol vuran afrikalı futbolçular bəlli olub
2023-cü ildə ən çox qol vurmuş afrikalı futbolçular açıqlanıb.
"QELEBE.AZ"un məlumatına görə, siyahını Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası hazırlayıb.
Birinci pillədə ABŞ-nin "Los-Anceles" komandasında çıxış edən qabonlu Denis Buanqa qərarlaşıb. O, millidə və klubunda 40 qola imza atıb.
İngiltərənin "Liverpul" klubunun misirli hücumçusu Məhəmməd Salah (36 qol) ikinci sıradadır.
Qətərin "Əl-Duhail" kollektivindən kenyalı Maykl Olunqa və Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi "Əl-Ain"dən toqolu Kodjo Fo-Doh Laba (hər ikisi 35 qol) növbəti mövqelərdə yer alıblar.

https://mail.qalaba.az//uploads/photo/oten-il-en-chox-qol-vuran-afrikali-futbolchular-belli-olub.webp











