Misli Premyer Liqası: "Qəbələ" Şamaxı səfərində - YENİLƏNİR
Misli Premyer Liqasının XIII turunun son günündə iki qarşılaşma baş tutacaq.
Apasport.az xəbər verir ki, günün ilk görüşündə “Qəbələ” səfərdə “Şamaxı” ilə üz-üzə gələcək.
Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşma saat 14:30-da başlayacaq. Matçı Rəşad Əhmədov idarə edəcək.
Hazırda 14 xalı olan “Şamaxı” qələbə sayəsində turnir cədvəlində 6-cı pilləyə yüksəlmək imkanına malikdir. Aktivində 11 xal olan “Qəbələ” isə səfərdən üç xalla dönəcəyi halda 8-ci sıraya yüksələcək.
Misli Premyer Liqası
XIII tur
29 noyabr
14:30. “Şamaxı” – “Qəbələ”
Baş hakim: Rəşad Əhmədov
Şamaxı şəhər stadionu
Qeyd edək ki, XIII turun dünən keçirilən matçlarında “Turan Tovuz” “Kəpəz”ə (2:1), “Sabah” isə “Araz-Naxçıvan”a (2:0) qalib gəlib.

https://mail.qalaba.az//uploads/photo/misli-premyer-liqasi-quotqebelequot-shamaxi-seferinde-yenilenir.webp