“Sumqayıt”ın baş məşqçisi: “Mudafiədə bərbad təsir bağışladıq”

“Sumqayıt”ın baş məşqçisi: “Mudafiədə bərbad təsir bağışladıq”

“Mudafiədə bərbad təsir bağışladıq”.

“QELEBE.AZ”un məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Teymur Hüseynov “Xırdalan”a 90:100 hesabı ilə məğlub olduqları Azərbaycan Basketbol Liqasının XI tur oyunu ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis oyunçuların tapşırıqları tam yerinə yetirmədiklərini bildirib: “Xüsusən də, rəqibin 21 xal toplayan yerli basketbolçusunu bağlaya bilmədik. Oyunçularıma deyirəm ki, rəqibin yaxşı çıxış edən üzvünə qarşı sərt oynayın, yeri gələndə fol edin, amma... Demək olar ki, oyunumuz alınmadı. Doğrudur, 3-cü bölümdə hesab arasındakı fərqi xeyli “əritdik”. Amma sonra yenə “3-lük”lər səbətimizə “töküldü”. Yerlilər də imkanlarından aşağı səviyyədə çıxış etdilər”.

Teymur Hüseynov məşqlərdə əks-hücum üzərində çalışdıqlarını söyləyib: “Rendallın oyununu bəyəndim. Smit və Dikson da yaxşı idilər. Növbəti matçlarda nəyi dəyişək? Nəyi dəyişə bilərik? Sürətli əks-hücuma çıxmağı məşq edirik. Bu gün ilk hissədə, demək olar ki, qaçmadıq. Bunu bacarsaydıq, nəsə edə bilərdik”.

Qeyd edək ki, hazırda “Xırdalan” 17 xalla beşinci, “Sumqayıt” isə 14 xalla səkkizinci pillədə qərarlaşır.

Komanda
Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında VII tura yekun vurulub

Komanda
Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunların vaxtı açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatında növbəti oyunların vaxtı açıqlanıb

Komanda
Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

Həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar keçirilib

Komanda
Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsümün başlayacağı tarix açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsümün başlayacağı tarix açıqlanıb

Komanda
Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Azərbaycan çempionatının reqlamenti dəyişdirilib

Komanda
Azərbaycan millisinin basketbolçusu NBA məktəbinə qəbul olub

Azərbaycan millisinin basketbolçusu NBA məktəbinə qəbul olub

Komanda
Azərbaycan Voleybol Federasiyasının rəsmiləri CEV-in Baş Assambleyasında iştirak ediblər

Azərbaycan Voleybol Federasiyasının rəsmiləri CEV-in Baş Assambleyasında iştirak ediblər

Komanda
Azərbaycan Basketbol Liqası: Turun açılış oyununda "Sərhədçi" qalib gəlib

Azərbaycan Basketbol Liqası: Turun açılış oyununda "Sərhədçi" qalib gəlib

Komanda
Voleybol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib

Voleybol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib

Komanda
Xokkey üzrə Dünya Kuboku təxirə salınıb

Xokkey üzrə Dünya Kuboku təxirə salınıb

Komanda
Bakı Şəhər Halqası Əməliyyat Şirkətində yeni təyinat olub

Bakı Şəhər Halqası Əməliyyat Şirkətində yeni təyinat olub

Komanda
"Azərreyl" Çağırış Kubokuna qələbə ilə başlayıb

"Azərreyl" Çağırış Kubokuna qələbə ilə başlayıb