Türkiyə Kuboku: "Beşiktaş", "Fənərbağça" və "Qalatasaray"ın rəqibləri bəlli olub
Futbol üzrə Türkiyə Kubokunda 1/8 final mərhələsinin püşkü atılıb.
"Report" xəbər verir ki, İstanbul nəhənglərindən "Fənərbağça" bu raundda "Qaziantep"lə, "Qalatasaray" "Bandırmaspor"la, "Beşiktaş" isə "Antalyaspor"la üz-üzə gələcək.
Bundan əlavə, bu mərhələdə "Sivasspor" - "Konyaspor", "Başakşəhər" - "Hatayspor", "Gənçlərbirliyi - "Trabzonspor", "Karagümrük" - "Samsunspor", "Ankaragücü" - "24 Ərzincanspor" matçları da baş tutacaq.

https://mail.qalaba.az//uploads/photo/turkiye-kuboku-beshiktash-fenerbagcha-ve-qalatasarayin-reqibleri-belli-olub.webp











