Günay Qurbanova finalda - YENİLƏNİR
Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatı davam edir.
QELEBE.AZ xəbər verir ki, qadın güləşçilərimiz bu gün mübarizəyə qoşulub.
59 kq çəki dərəcəsində döşək üzərinə çıxan Günay Qurbanova 1/4 finalda Elena Bruqqerlə (Almaniya) üz-üzə gəlib. İdmançımız rəqibinə qalib gələrək adını yarımfinal mərhələsinə yazdırıb.
Xatırladaq ki, daha əvvəl 50 kq çəki dərəcəsində mübarizə aparan Elnurə Məmmədova təsnifatda Aqata Valerzaka (Polşa) uduzaraq turnirlə vidalaşıb.

https://mail.qalaba.az//uploads/photo/gunay-qurbanova-finalda-yenilenir.webp