"Latsio"da yeni müqavilə
İtaliyanın “Latsio” klubu müdafiəçisi Romano Florian Mussolini ilə müqavilənin müddətini uzadıb.
Apasport.az xəbər verir ki, bu barədə Roma təmsilçisinin rəsmi saytı məlumat yayıb.
23 yaşlı futbolçu ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə imzalanıb. Onun əvvəlki sözləşməsi 2028-ci ilin yayında başa çatmalı idi.
İkinci Dünya müharibəsi dövründə İtaliyaya rəhbərlik etmiş Benito Mussolininin nəticəsi olan Romano cari mövsümdə əsas heyətin üzvlərindən birinə çevrilib. Müdafiəçi keçirdiyi 11 oyunda 1 qol vurub.
Qeyd edək ki, Romano Florian Mussolini 2003-cü il yanvarın 27-də anadan olub.

https://mail.qalaba.az//uploads/photo/quotlatsioquotda-yeni-muqavile.webp