Dakar-2026: Taekvondoçumuz yarımfinalda

Dakar-2026: Taekvondoçumuz yarımfinalda

Azərbaycan taekvondoçusu Adil Kazımlı (-73 kq) Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.

QELEBE.AZ xəbər verir ki, mübarizəyə 1/4 finaldan başlayan təmsilçimiz ilk görüşdə tunisli Adem Dyebbi ilə qarşılaşıb.

Rəqibinə qalib gələn taekvondoçumuz yarımfinala vəsiqə qazanıb.