Qərb Regional Futbol Federasiyasının prezidenti hədəfləri açıqlayıb

Qərb Regional Futbol Federasiyasının prezidenti hədəfləri açıqlayıb

“Futbolun kütləviliyi baxımından turnirlər təşkil etməyi hədəfləyirik”.

“QELEBE.AZ”un məlumatına görə, bunu Qərb Regional Futbol Federasiyasının prezidenti Nadir Nəbiyev qurumun mətbuat xidmətinə açıqlamasında deyib.

Bu yaxınlarda növbəti dəfə federasiya prezidenti seçilən sabiq futbolçu ötən 5 il ərzində görülən işlər barədə məlumat verib: “Futbolun bölgəmizdə kütləviləşməsi üçün kifayət qədər iş gördük. Hər il müxtəlif səpkili turnirlər təşkil edirik. Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin, veteran futbolçu Sakit Alıyevin xatirə turnirlərini yüksək səviyyədə həyata keçirmişik. Uşaq liqalarındakı oyunları xüsusilə diqqət mərkəzində saxlayırıq”.

O, məşqçilər üçün seminarlar təşkil edildiyini söyləyib: “Məşqçilərin bilik və bacarıqlarının artırılması üçün müraciətimizə əsasən AFFA tərəfindən region məşqçilərinə C kateqoriyalı kurslar keçirildi. 20-dən çox məşqçi ilk dəfə bu kateqoriyaya yiyələndi”.

Azərbaycan millisinin keçmiş hücumçusu qərb bölgəsində istedadlı uşaqların sayının artdığını düşünür: “İstər Region Liqası, istərsə də II Liqada regionumuzu təmsil edən komandalarla sıx təmasdayıq. Mümkün qədər dəstək göstərməyə çalışırıq. Hər il daxili vəsaitimiz hesabına fərqlənən komandalar, futbolçular, məşqçilərə hədiyyələr, diplom və fəxri fərmanlar təqdim edirik. Bölgədəki komandalar əsasən top və inventarla bağlı çətinlik çəkirlər. Bu işdə də daxili imkanlarımız hesabına onlara dəstək olmuşuq”.

N.Nəbiyev qarşıdakı hədəflərdən də söz açıb: “Hədəflərimiz, məqsədlərimiz çoxdur. Bölgəmizdə futbolun inkişafı üçün daim səylə çalışacağıq. Əsas prioritetlərimizdən biri regionumuza daxil olan və uzun müddətdir ki, futbolsuz qalan Gədəbəydə uşaq futbolunu yenidən dirçəltməkdir. Orada komandanın yaradılmasına, aşağı yaş qrupları üzrə kollektivlərin formalaşdırılıb rəsmi yarışlarda iştirakına kömək etmək və yerli məşqçilərin kateqoriya kurslarında iştirakına dəstək olmaq niyyətindəyik. Məqsədimiz Azərbaycan futbolunun inkişafına töhfə verməkdir”.

Qeyd edək ki, Nadir Nəbiyev yanvarın 21-də Qərb Regional Futbol Federasiyasının növbəti 5 il üçün prezidenti seçilib.

Futbol
"The Best": Ən yaxşı baş məşqçi adına namizədlər bəlli olub

"The Best": Ən yaxşı baş məşqçi adına namizədlər bəlli olub

Futbol
"Qəbələ" Çexiya klubuna uduzub, "Kəpəz" heç-heçə edib

"Qəbələ" Çexiya klubuna uduzub, "Kəpəz" heç-heçə edib

Futbol
Lui Van Qal məşqçilik karyerasını başa vurub

Lui Van Qal məşqçilik karyerasını başa vurub

Futbol
"Mançester Yunayted"in qapıçısı Azərbaycan millisinə qarşı oynamayacaq

"Mançester Yunayted"in qapıçısı Azərbaycan millisinə qarşı oynamayacaq

Futbol
Avrokuboklarda ən çox qol vuran afrikalı futbolçular açıqlanıb

Avrokuboklarda ən çox qol vuran afrikalı futbolçular açıqlanıb

Futbol
Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulur

Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulur

Futbol
“Çelsi” 70 milyon avroya futbolçu transfer edib

“Çelsi” 70 milyon avroya futbolçu transfer edib

Futbol
Azərbaycan kubokunda I divizion klubları darmadağın olub

Azərbaycan kubokunda I divizion klubları darmadağın olub

Futbol
"Bavariya" DÇ-2022-də zədələnən futbolçunun müqaviləsini uzadır

"Bavariya" DÇ-2022-də zədələnən futbolçunun müqaviləsini uzadır

Futbol
DÇ-2022: Uels və İran komandalarının start heyətləri açıqlanıb

DÇ-2022: Uels və İran komandalarının start heyətləri açıqlanıb

Futbol
"Çelsi"nin yeni baş məşqçisi müəyyənləşib

"Çelsi"nin yeni baş məşqçisi müəyyənləşib

Futbol
Tərlan Əhmədov: "Oyunun əvvəlində futbolçularda həyəcan var idi"

Tərlan Əhmədov: "Oyunun əvvəlində futbolçularda həyəcan var idi"