Azərbaycan millisinin məşqçisi Millətlər Liqasının püşkatma mərasimində iştirak edəcək
Futbol üzrə Azərbaycan millisinin məşqçisi Arif Əsədov UEFA Millətlər Liqası turnirinin 2024/2025 mövsümünün püşkatma mərasimində iştirak edəcək.
"Report"un məlumatına görə, mütəxəssis fevralın 8-də Fransanın paytaxtı Parisdə baş tutacaq tədbirə qatılacaq.
Əsədovdan başqa, milli assosiasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli də mərasimdə iştirak edəcək. Tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, C Liqasının 2-ci səbətində qərarlaşan Azərbaycan yığmasının potensial rəqibləri də məlumdur. Millimiz 1-ci səbətdən Rumıniya, İsveç, Ermənistan, Lüksemburq, 3-cü səbətdən Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr, 4-cü səbətdən isə Belarus, Estoniya, Latviya, Litva/Cəbəllütariq cütünün qalibi olacaq komandalardan formalaşacaq qrupda yer alacaq.
Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, C liqasının 1-ci səbətində yer alan Ermənistan millimizə rəqib ola bilməz.

https://mail.qalaba.az//uploads/photo/azerbaycan-millisinin-meshqchisi-milletler-liqasinin-pushkatma-merasiminde-ishtirak-edecek.webp











