Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Azərbaycanın cüdoçusu Elcan Hacıyev Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında finala yüksəlib.

"QELEBE.AZ"un Praqaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, 81 kq çəki dərəcəsində yer alan Hacıyev yarımfinalda çexiyalı Adam Kopeçkiyə 108 saniyəyə qalib gəlib. Finalda onun rəqibi italiyalı Brayt Maddaloni Nosa olacaq.

Azərbaycanın daha bir cüdoçusu, 73 kq çəkidəki Vüsal Qələndərzadə isə yarımfinalda macarıstanlı Gergeli Adoryani ilə qarşılaşacaq.

Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində yer alan Turan Bayramov gümüş medal qazanıb.

16:26

Azərbaycanın iki cüdoçusu Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında yarımfinala yüksəlib.

"QELEBE.AZ"un Praqaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, ikinci yarış günündə Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) 1/4 final qarşılaşmalarından da qalib ayrılmağı bacarıb.

Qələndərzadə qızıl xal bölümündə italiyalı Vinçentso Pelleqranı vazari ilə yenib. Hacıyev isə serbiyalı Velimir Kosoviçi 109 saniyəyə ipponla üstələyib.

Yarımfinalda onlar müvafiq olaraq, macarıstanlı Gergeli Adoryani və çexiyalı Adam Kopeçki ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində yer alan Turan Bayramov gümüş medal qazanıb.

15:55

Azərbaycanın iki cüdoçusu Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında 1/4 finala yüksəlib.

"QELEBE.AZ"un Praqaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, ikinci yarış günündə 1/8 final qarşılaşmalarından Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qalib ayrılmağı bacarıb.

Onlar gürcüstanlı cüdoçuları məğlubiyyətə uğradıblar. Qələndərzadə Kote Kapanadzeni 50 saniyəyə ipponla yenib. Hacıyev isə sona 54 saniyə qalmış Giorgi Jabnaşvilini eyni qaydada üstələyib.

81 kq çəki dərəcəsindəki digər cüdoçu Ömər Rəcəbli isə 1/8 finalda isveçrəli Orelyen Bonferroniyə uduzub.

63 kq çəkidəki xanım cüdoçu Aytac Qardaşxanlı isə belçikalı Alessia Korrao ilə görüşdə vazari fəndi ilə öndə olsa da, ayağındakı ağrılar üzündən istədiyi kimi mübarizə apara bilməyib. Nəticədə o, ardıcıl 3 xəbərdarlıq alaraq, məğlubiyyətə düçar olub.

1/4 finalda Qələndərzadə italiyalı Vinçenso Pelliqra ilə, Hacıyev isə serbiyalı Velimir Kosoviçlə üz-üz gələcək.

Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində yer alan Turan Bayramov gümüş medal qazanıb.

14:05

Azərbaycanın 4 cüdoçusu Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında ilk görüşünü qələbə ilə başa vurub.

"QELEBE.AZ"un Praqaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, ikinci yarış günündə tatamiyə əvvəlcə Aytac Qardaşxanlı çıxıb. Xanım cüdoçular arasında 63 kq çəki dərəcəsində yer alan Qardaşxanlı 1/16 finalda almaniyalı Nele Noakı vaxtından əvvəl ipponla üstələyib. O, 1/8 finalda belçikalı Alessia Korrao ilə üz-üzə gələcək.

Oğlan cüdoçulardan Elcan Hacıyev 81 kq çəki dərəcəsində monteneqrolu Marko Yanseri məğlubiyyətə uğradıb. Onun 1/8 finaldakı rəqibi gürcüstanlı Giorgi Jabnaşvili olacaq.

Eyni çəkidəki Ömər Rəcəbli isə estoniyalı Randel Pasteli sonuncu saniyədə ipponla yenib. Rəcəbli 1/8 finalda isveçrəli Orelyen Bonferronini sınağa çəkəcək.

Nəhayət, 73 kq-da Vüsal Qələndərzadə islandiyalı Kyartan Hreydarssonu ipponla udub. O, 1/8 finalda gürcüstanlı Kote Kapanadzeyə rəqib olub.

Qeyd edək ki, ilk yarış günündə 60 kq çəki dərəcəsində yer alan Turan Bayramov gümüş medal qazanıb.

Fərdi
Atıcılıq Federasiyası güllə və stend atıcılığı növləri üzrə yeniyetmələr üçün qəbul elan edib

Atıcılıq Federasiyası güllə və stend atıcılığı növləri üzrə yeniyetmələr üçün qəbul elan edib

Fərdi
Dünya çempionatı: Bu gün Azərbaycanın daha 3 sərbəst güləşçisi çıxış edəcək

Dünya çempionatı: Bu gün Azərbaycanın daha 3 sərbəst güləşçisi çıxış edəcək

Fərdi
"Shusha Chess 2022": Məmmədyarov qələbə qazanıb, Rəcəbov heç-heçə edib

"Shusha Chess 2022": Məmmədyarov qələbə qazanıb, Rəcəbov heç-heçə edib

Fərdi
Şahmat üzrə Azərbaycan çempionu milli komandaya dəvət olunacaq

Şahmat üzrə Azərbaycan çempionu milli komandaya dəvət olunacaq

Fərdi
Azərbaycanlı məşqçi: “Məqsədimiz 2023-cü ildə medalların sayını artırmaqdır”

Azərbaycanlı məşqçi: “Məqsədimiz 2023-cü ildə medalların sayını artırmaqdır”

Fərdi
Naxçıvandakı Şahmat Olimpiadasına qatılacaq Azərbaycan komandaları açıqlanıb

Naxçıvandakı Şahmat Olimpiadasına qatılacaq Azərbaycan komandaları açıqlanıb

Fərdi
Elxan Hacıyev: "Avropa çempionu olmaq arzum idi"

Elxan Hacıyev: "Avropa çempionu olmaq arzum idi"

Fərdi
Azərbaycan kikboksinqçiləri Avropa çempionatını 17 medalla başa vurublar

Azərbaycan kikboksinqçiləri Avropa çempionatını 17 medalla başa vurublar

Fərdi
Rəşad Nəbiyev dünya çempionatında iştirak edəcək cüdoçularla görüşüb

Rəşad Nəbiyev dünya çempionatında iştirak edəcək cüdoçularla görüşüb

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Fərdi
Tanınmış idmançı ofisində ölü tapılıb

Tanınmış idmançı ofisində ölü tapılıb

Fərdi
"Formula 1": Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına start verilir

"Formula 1": Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına start verilir