“Qarabağ”ın sabiq hücumçusu: “Bu komanda iddialı rəqibləri məğlub etməyi bacarır”

“Qarabağ”ın sabiq hücumçusu: “Bu komanda iddialı rəqibləri məğlub etməyi bacarır”

"Qarabağ” iddialı rəqiblərə qarşı öz oyununu göstərməyi və onları məğlub etməyi bacarır.

Bunu “Report”a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Rauf Əliyev Portuqaliyanın “Braqa” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının pley-off oyunu ilə bağlı danışarkən deyib.

34 yaşlı keçmiş hücumçu rəqibin olduqca güclü kollektiv olduğunu bildirib: “Azərbaycan çempionatındakı oyunla “Braqa”ya qarşı matçı tərəzinin eyni gözünə qoymaq olmaz. Avrokubok görüşünün motivasiyası tam fərqlidir. “Qarabağ” da bunun fərqindədir. “Braqa” ölkə çempionatında böyük klublarla mübarizə aparır, həmişə yuxarı pillələrdə - 3-4-cü yerlərdə qərarlaşır. Bunu nəzərə alsaq, komandamızın işi çətin olacaq. İnanıram ki, təmsilçimiz bu gün uğurlu nəticə ilə bizi sevindirəcək”.

Rauf Əliyevin fikrincə, “Qarabağ”ın Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Sabah”a məğlubiyyəti (3:4) və Premyer Liqa görüşündə eyni rəqiblə heç-heçəsi (3:3) Ağdam təmsilçisinə mənfi təsir etməyəcək: “Fikrimcə, “Qarabağ” hazırda yaxşı formadadır. “Sabah”la oyunlar onların formadan düşdüklərinə işarə deyil. Ölkə kubokunda “Sabah”la cavab görüşünün nəticəsi, etiraf edək ki, o qədər də böyük önəm kəsb etmirdi. Bəlkə də həmin yenilgi Premyer Liqada bu rəqiblə görüşə müəyyən təsir göstərdi”.

Qeyd edək ki, bu gün Portuqaliyada keçiriləcək “Braqa” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Futbol
Daha bir ulduz futbolçu dünya çempionatından kənarda qalıb

Daha bir ulduz futbolçu dünya çempionatından kənarda qalıb

Futbol
"Qarabağ" - "Frayburq" oyununu belaruslu hakimlər idarə edəcək

"Qarabağ" - "Frayburq" oyununu belaruslu hakimlər idarə edəcək

Futbol
Bu gün Premyer Liqada Azərbaycan derbisi keçiriləcək

Bu gün Premyer Liqada Azərbaycan derbisi keçiriləcək

Futbol
"Qarabağ"ın iki futbolçusu Monteneqro millisinə dəvət alıb

"Qarabağ"ın iki futbolçusu Monteneqro millisinə dəvət alıb

Futbol
Benzema "Real"la müqaviləni uzadacaq

Benzema "Real"la müqaviləni uzadacaq

Futbol
Seneqallı futbolçunun həyat yoldaşı "Qarabağ"la oyundan sonra huşunu itirib

Seneqallı futbolçunun həyat yoldaşı "Qarabağ"la oyundan sonra huşunu itirib

Futbol
"Neftçi"nin baş məşqçisi: "Hazırlığımız yaxşı getmir"

"Neftçi"nin baş məşqçisi: "Hazırlığımız yaxşı getmir"

Futbol
Renat Dadaşov İsveçrə çempionatında ayın futbolçusu seçilib

Renat Dadaşov İsveçrə çempionatında ayın futbolçusu seçilib

Futbol
Konfrans Liqası: Pley-offun daha 4 iştirakçısı müəyyənləşib

Konfrans Liqası: Pley-offun daha 4 iştirakçısı müəyyənləşib

Futbol
Çilili baş məşqçi Braziliya millisinə rəhbərlik edə bilər

Çilili baş məşqçi Braziliya millisinə rəhbərlik edə bilər

Futbol
UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq

UEFA Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq

Futbol
"Qızıl top": Ronaldu səsvermədə 20-ci olub

"Qızıl top": Ronaldu səsvermədə 20-ci olub