İngiltərə Premyer Liqası: “Liverpul” rəqibini darmadağın edərək liderliyi qoruyub

İngiltərə Premyer Liqası: “Liverpul” rəqibini darmadağın edərək liderliyi qoruyub

İngiltərə Premyer Liqasının 26-cı turu çərçivəsində “Brentford” “Liverpul”u qəbul edib.

“Report” xəbər verir ki, Maykl Oliverin rəhbərlik etdiyi hakimlər briqadasının idarə etdiyi matç “Brentford Kommyuniti” stadionunda baş tutub.

“Arılar” ilk dəqiqələrdən üstünlüyü ələ alsalar da, 35-ci dəqiqədə uruqvaylı Darvin Nunyes ev sahiblərinin planlarını pozub – 0:1. Birinci hissənin sonlarına doğru təşəbbüs tam şəkildə Mersisayd təmsilçisinə keçib: Yürgen Kloppun yetirmələri ikinci qolu vurmağa yaxın olublar, lakin meydana sonradan daxil olan misirli Məhəmməd Salah qeyri-dəqiq olub. İlk yarı “qırmızılar”ın minimal üstünlüyü ilə yekunlaşıb. Üstünlüyə baxmayaraq, 34-cü dəqiqədə Körtis Cons və 44-cü dəqiqədə Dioqu Jota zədələnərək oyunu tərk ediblər; onları Rayan Qravenberx və Məhəmməd Salah əvəzləyib. Bundan başqa, qolun müəllifi Nunyes də ikinci hissədə oyuna buraxılmayıb, onu Kodi Qakpo əvəzləyib. Nunyesin zədələnib-zədələnmədiyi bəlli deyil.

Oyunun ikinci hissəsində isə “Liverpul” hesabdakı fərqi darmadağın həddinə çatdırıb: 55-ci dəqiqədə argentinalı yarımmüdafiəçi Aleksis Mak Allister, 68-ci dəqiqədə isə Salah topu tora göndəriblər. Yeddi dəqiqə sonra “Brentford” Ayvan Touninin sayəsində hesabdakı fərqi azaltsa da, 86-cı dəqiqədə niderlandlı Qakpo oyunda son nöqtəni qoyub – 1:4.

“Liverpul”un heyətində Luis Dias, Kodi Qakpo, Məhəmməd Salah və Dioqu Jota məhsuldar ötürmə ediblər.

Qeyd edək ki, 25 oyundan sonra “Liverpul” 57 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində lider olaraq qalır. Onun ən yaxın təqibçiləri “Mançester Siti” (52 xal) və “Arsenal”dır (52). “Şəhərlilər”in iki, “topçular”ın ehtiyatında isə bir oyun var. “Brentford” indiyədək 24 oyuna çıxıb. “Arılar”ın aktivində 25 xal var.

Xatırladaq ki, turun mərkəzi qarşılaşması Mançesterdə baş tutacaq. Pep Qvardiolanın yetirmələri uğursuz mövsüm keçirən “Çelsi”ni qəbul edəcək.

Futbol
Qurban Qurbanov oğlunun Polşa klubunun maraq dairəsində olduğunu təsdiqləyib

Qurban Qurbanov oğlunun Polşa klubunun maraq dairəsində olduğunu təsdiqləyib

Futbol
Konfrans Liqasında dörd polis yaralanıb

Konfrans Liqasında dörd polis yaralanıb

Futbol
Konfrans Liqası: Növbəti mərhələnin bütün iştirakçıları bəlli olub

Konfrans Liqası: Növbəti mərhələnin bütün iştirakçıları bəlli olub

Futbol
DÇ 2022: Meksika Polşa ilə qolsuz bərabərliyə razılaşıb

DÇ 2022: Meksika Polşa ilə qolsuz bərabərliyə razılaşıb

Futbol
Şenol Günəş “Beşiktaş”ın baş məşqçisi təyin olunub

Şenol Günəş “Beşiktaş”ın baş məşqçisi təyin olunub

Futbol
“Qarabağ” Avropada rekord vurub

“Qarabağ” Avropada rekord vurub

Futbol
Almaniya klubu "Qarabağ"la oyunlar üçün 6 hücumçu sifariş edib

Almaniya klubu "Qarabağ"la oyunlar üçün 6 hücumçu sifariş edib

Futbol
"Səbail" - "Kəpəz" oyununda insident baş verib

"Səbail" - "Kəpəz" oyununda insident baş verib

Futbol
Azərbaycan klubu Çempionlar Liqasının 1/4 finalına yüksəlib

Azərbaycan klubu Çempionlar Liqasının 1/4 finalına yüksəlib

Futbol
Azərbaycanın futzal yığması Qazaxıstana uduzub

Azərbaycanın futzal yığması Qazaxıstana uduzub

Futbol
Ayxan Abbasov: "Toplanışın bəhrəsini çempionatda görəcəyik"

Ayxan Abbasov: "Toplanışın bəhrəsini çempionatda görəcəyik"

Futbol
Qurban Qurbanov: "Futbolçularda yorğunluq hiss olunur"

Qurban Qurbanov: "Futbolçularda yorğunluq hiss olunur"