Reynaldo Silva: “Qarabağ” Konfrans Liqasında finala yüksələ bilər” - MÜSAHİBƏ

Reynaldo Silva: “Qarabağ” Konfrans Liqasında finala yüksələ bilər” - MÜSAHİBƏ

“Qarabağ”ın sabiq futbolçusu Reynaldo Silva peşəkar karyerasına 2007-ci ildə ölkəsi Braziliyanın “Nautiko” klubunda başlayıb.

Orada bir mövsüm oynadıqdan sonra Avropaya yollanan sabiq hücumçu Belçikada “Anderlext”, “Serkl Brügge” və “Vesterlo”nun formasını geyinib.

2013-cü ilin əvvəlində keçdiyi “Qarabağ”da 4 il çıxış edən Reynaldo 2018/2019 mövsümünün ikinci yarısını yenidən Azərbaycan klubunda keçirib. 34 yaşlı “sambaçı” 2021-ci ildə karyerasını başa vurub.

“Qarabağ”la 4 dəfə Azərbaycan çempionatının, 2 dəfə isə ölkə kubokunun qalibi olan Reynaldo Silva “QELEBE.AZ”un suallarını cavablandırıb.

- Sabiq komandanız “Qarabağ” qış fasiləsində həmyerliniz Kadi Borgesi Rusiya klubu “Krasnodar”a satdı. Bunu necə qarşıladınız?
- Əminəm ki, azarkeşlər bu transferə görə iki qrupa bölünüblər. Bir qrup düşünür ki, mövsümün gedişində aparıcı oyunçunu satmaq risklidir. Digər hissə isə satışdan əldə olunan gəlirin vacib olduğunu düşünür. Bu mənada hər ikisinin özünə görə haqlı olduğunu deyə bilərəm. Kadi “Qarabağ”ın gücünə güc qatan futbolçu idi. Gedişi istər-istəməz təsir göstərəcək. Ancaq digər tərəfdən, qazanılan pulla ən azı Kadi səviyyəsində oyunçu almaq olar.

- Qış fasiləsində belə futbolçu tapmaq çətin olmayacaq?
- Yadınızdadırsa, mən özüm də ilk dəfə “Qarabağ”a yanvarda keçmişdim. Yəqin zəif olmamışam ki, hələ də azarkeşlər mesajlar yazırlar, gözəl sözlər deyirlər. Nə qədər çətin olsa da, əminəm ki, Qurban Qurbanov bir yolunu tapıb bu boşluğu dolduracaq. Çünki indiyə qədər “Qarabağ”ı çox sayda aparıcı futbolçu tərk edib. Buna baxmayaraq, Qurbanov nə edirsə, komanda zəifləmək əvəzinə güclənir. Orada adlar yox, sistem əsas rol oynayır.

- Deyəsən “Qarabağ”ın oyunlarını izləyirsiniz...
- Əlbəttə ki, izləyirəm. Sosial şəbəkədə də tez-tez “Qarabağ”la bağlı paylaşımlar edirəm. Çünki bu klubu, Azərbaycanı çox sevirəm. Bu mövsüm “Qarabağ”ın Avropa Liqasındakı bütün qrup oyunlarına baxmışam. Kadi və ya başqa bir oyunçu olmasaydı belə, onlar bu uğurlu çıxışı göstərəcəkdilər.

- “Qarabağ” Avropa Liqasında qrup üçüncüsü kimi Konfrans Liqasının pley-offunda iştirak hüququ qazandı. Buradakı şanslarını necə görürsünüz?
- Qrupda üçüncü yeri tutsalar da, yüksək səviyyədə oyunlar nümayiş etdirdilər. Bir az bəxtsizlik, bir az da haqsızlıq komandanın Avropa Liqasında növbəti mərhələyə adlamasına imkan vermədi. Yenə də inanıram ki, bu cür oyunla Konfrans Liqasında irəliləyə bilərlər.

- Pley-off mərhələsindəki rəqib Belçika klubu “Gent” olacaq. Bu cütlükdə hansı komandanı favorit sayırsınız?
- Vaxtilə Belçikada oynadığım üçün oradakı futbolu bilirəm. “Qarabağ” güclü rəqiblə üz-üzə gələcək. Ancaq bu oyunlarda ürəyim Azərbaycan komandası ilə olacaq. Düzdür, kuboku qazanmaq çox çətin görünür. Amma hesab edirəm ki, “Qarabağ” bu turnirdə finala irəliləyə bilər.

- “Latsio”, “Fiorentina”, “Anderlext”, “Vest Hem” və “Vilyarreal” kimi klubların iştirak etdiyi turnirdə finala yüksəlmək möcüzə olmaz?
- Niyə möcüzə olsun? “Qarabağ” oyun üslubu və keyfiyyəti ilə artıq Avropanın ortabab klubu sayılır. “Anderlext” mənim keçmiş komandamdır. Onlar indi əvvəlki güclərindən uzaqdırlar. Məncə, digərləri də ilk növbədə öz çempionatlarında vəziyyətini yaxşılaşdırma çalışacaqlar. “Qarabağ”ın kifayət qədər avrokubok təcrübəsi var. Bu komandanın gələn mövsüm də Çempionlar Liqasının qrupunda oynamasını arzulayıram.

- “Gent”lə oyunu izləmək üçün Bakıya gəlməyi düşünmürsünüz?
- Açığı, belə bir fikrim var. Həmin matçı izləmək üçün övladımla birlikdə yenidən Bakıya gəlməyi çox istəyirəm. Gəlsəm, məni dəstəkləyən azarkeşlərlə, “Qarabağ”da çox sevdiyim insanlarla mütləq görüşəcəyəm. Azarkeşlərdən, klub rəhbərliyindən, məşqçilərdən, keçmiş komanda yoldaşlarımdan, bir sözlə, Azərbaycandan ötrü darıxmışam. Orada olduğum müddətdə hər kəsdən xoş münasibət gördüm, mənə Bakını sevdirdilər. Həmişə də demişəm ki, Azərbaycan mənim ikinci vətənimdir.

Futbol
"Qarabağ" "Frayburq"la oyun öncəsi son məşqinə çıxıb

"Qarabağ" "Frayburq"la oyun öncəsi son məşqinə çıxıb

Futbol
Zinəddin Zidan: "Yenidən baş məşqçiliyə qayıtmağa yaxınam"

Zinəddin Zidan: "Yenidən baş məşqçiliyə qayıtmağa yaxınam"

Futbol
Fransa klubu "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

Fransa klubu "Qarabağ"la oyuna ciddi itki ilə çıxacaq

Futbol
Ukrayna, Portuqaliya və İspaniya DÇ-2030 üçün birgə ərizə təqdim edib

Ukrayna, Portuqaliya və İspaniya DÇ-2030 üçün birgə ərizə təqdim edib

Futbol
"Çelsi" Avstriya klubunun 40 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub

"Çelsi" Avstriya klubunun 40 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub

Futbol
Ronaldu karyerasını ABŞ-da davam etdirə bilər

Ronaldu karyerasını ABŞ-da davam etdirə bilər

Futbol
Azərbaycan Premyer Liqası: “Sabah” “Neftçi”yə qalib gəlib

Azərbaycan Premyer Liqası: “Sabah” “Neftçi”yə qalib gəlib

Futbol
"Traktor" klubu Kurban Berdıyevlə vidalaşıb

"Traktor" klubu Kurban Berdıyevlə vidalaşıb

Futbol
PFL mövsümün Gəncədəki ilk oyunu ilə bağlı reportaj hazırlayıb

PFL mövsümün Gəncədəki ilk oyunu ilə bağlı reportaj hazırlayıb

Futbol
Roberto Martines Portuqaliya millisinin baş məşqçisi təyin olunub

Roberto Martines Portuqaliya millisinin baş məşqçisi təyin olunub

Futbol
Avropa çempionatı: Azərbaycanın MMA döyüşçüləri 5 medal qazanıb

Avropa çempionatı: Azərbaycanın MMA döyüşçüləri 5 medal qazanıb

Futbol
Messi və Ronaldunu üz-üzə gətirəcək oyunun biletləri bir neçə dəqiqəyə satılıb

Messi və Ronaldunu üz-üzə gətirəcək oyunun biletləri bir neçə dəqiqəyə satılıb