“Neftçi”nin yarımmüdafiəçisi XXI əsrdə ən azı iki fərqli klubun heyətində het-trik edən 10-cu futbolçu olub

“Neftçi”nin yarımmüdafiəçisi XXI əsrdə ən azı iki fərqli klubun heyətində het-trik edən 10-cu futbolçu olub

“Neftçi”nin yarımmüdafiəçisi Filip Ozobiç XXI əsrdə Azərbaycan çempionatlarında ən azı iki fərqli klubun heyətində het-trik və ya daha çox qol vuran 10-cu futbolçu olub.

“Report”un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan millisinin üzvü Premyer Liqanın XXVI turunda “Kəpəz”lə (3:3) görüşdə rəqib qapıçını 3 dəfə məyus edib.

Xorvatiya əsilli oyunçu 2020/2021 mövsümündə “Qarabağ”ın heyətində belə məhsuldar oyun keçirib. 2020-ci il noyabrın 8-də səfərdə üç qol vuran Ozobiç hazırkı komandası “Neftçi”ni məyus edib. Həmin qarşılaşmada ağdamlılar 6:0 hesablı qələbə qazanıblar.

Ozobiçə qədər yalnız 9 futbolçu iki və ya daha çox komandanın heyətində bunu bacarıb.

Zaur Ramazanov (“Bakılı”, “Karvan” və “Xəzər Lənkəran”), Nadir Nəbiyev (“Neftçi”, “Xəzər Lənkəran” və “Turan”) və Samir Musayev (“Şəfa”, “Qarabağ”, “Turan”) üç klubun heyətində het-trik müəllifi olublar.

Anatoli Doroş (“Standard” və “Şüvəlan”), Əhməd Ticani (“Şahdağ” və “Bakı”), Kənan Kərimov (“Kəpəz” və “Şəmkir”), Samir Əliyev (“Xəzər Lənkəran” və “Şamaxı”), Xaqani Məmmədov (“Şüvəlan” və “Şamaxı”) və Davit Volkov (“Zirə” və “Sabah”) iki komanda ilə bir qarşılaşmada 3 və ya daha çox qol vurublar.

Futbol
Elmar Baxşıyev: "Qarabağ"ın gücü hamıya bəllidir"

Elmar Baxşıyev: "Qarabağ"ın gücü hamıya bəllidir"

Futbol
2022-ci ilin ən bahalı futbolçu transferləri açıqlanıb

2022-ci ilin ən bahalı futbolçu transferləri açıqlanıb

Futbol
İcra başçısı stadion məsələsində "Kəpəz"ə dəstək olacaq

İcra başçısı stadion məsələsində "Kəpəz"ə dəstək olacaq

Futbol
"Mançester Yunayted"in futbolçusu intizamsızlığa görə cəzalanıb

"Mançester Yunayted"in futbolçusu intizamsızlığa görə cəzalanıb

Futbol
Azərbaycan Kuboku: "Qəbələ"nin yarımfinaldakı rəqibi müəyyənləşib

Azərbaycan Kuboku: "Qəbələ"nin yarımfinaldakı rəqibi müəyyənləşib

Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Zirə" ilə qarşılaşacaq

Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Zirə" ilə qarşılaşacaq

Futbol
"Neftçi"nin kapitanı yubiley qoluna imza atıb

"Neftçi"nin kapitanı yubiley qoluna imza atıb

Futbol
“Qarabağ”ın Konfrans Liqası oyunlarında VAR sistemindən istifadə olunacaq

“Qarabağ”ın Konfrans Liqası oyunlarında VAR sistemindən istifadə olunacaq

Futbol
"Qarabağ"ın legioneri "Neftçi" ilə oyunda zədələnib

"Qarabağ"ın legioneri "Neftçi" ilə oyunda zədələnib

Futbol
“Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlanıb

“Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlanıb

Futbol
Tanınmış futbolçu çirkli pulların yuyulmasında ittiham olunur

Tanınmış futbolçu çirkli pulların yuyulmasında ittiham olunur

Futbol
Maksim Medvedev: “Hakimin bir az bizə qarşı antipatiyası var idi”

Maksim Medvedev: “Hakimin bir az bizə qarşı antipatiyası var idi”