Nicat Hüseynov: Hədəfim Azərbaycana boksda ilk Olimpiya qızılını qazandırmaqdır

Nicat Hüseynov: Hədəfim Azərbaycana boksda ilk Olimpiya qızılını qazandırmaqdır

Püşk məni çox çətin rəqiblərlə üz-üzə qoymuşdu, keçirdiyim 4 görüşün hər birində güclü və titullu boksçularla döyüşdüm. Hədəfim daha yaxşı forma yığıb, Azərbaycana boksda ilk qızıl medalı qazandırmaqdır.

"QELEBE.AZ" xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycan boksçusu Nicat Hüseynov (51 kq) deyib.

İkiqat Avropa çempionu vəsiqəni rəsmiləşdirdiyi İtaliyanın Busto Arsizio şəhərində keçirilən I Dünya Olimpiya Təsnifat Turnirində çıxışını dəyərləndirib: “Komandamız çox yaxşı hazırlıq keçmişdi. Hazırda yaxşı formadayam və İtaliyaya yollanarkən də özümə inanırdım. Məqsədim yalnız yarımfinala yüksəlmək və Vətənə lisenziya ilə dönmək idi. Döyüşlərimə gəlincə, hər biri çətin keçdi. Startda dünya çempionatının hindistanlı bürünc medalçısı Deepak Deepakı, ardınca mundialın gürcüstanlı finalçısı, Avropa çempionu Sahil Alahverdovini mübarizədən kənarlaşdırdım”.

Hüseynovun sözlərinə görə, 1/8 finala daha rahat çıxıb və Avropa çempionatının ikincisi olan erməni Rudolf Qarboyanla görüşdə qələbə qazanacağına arxayın olub: “Çünki U-22-lər arasında Avropa çempionatının finalında ona bir dəfə qalib gəlmişdim. Gözlərinə də baxanda hiss edirdim ki, məndən çəkinir. Yekunda inamlı döyüşlə mərhələ adladım”.

Boksçu 1/4 finalda Rosko Hillə (ABŞ) əzmkarlığı sayəsində qalib gəldiyini vurğulayıb: “Ona birinci raundda uduzduqdan sonra özümü toparladım. Hillədək ən güclüləri məğlub etmişdim. Ağlımda ancaq qələbə və lisenziya qazanmaq idi. Şükürlər olsun ki, dünya çempionatının daha bir finalçısına qarşı əzmkarlıq göstərdim və qələbə qazandım”.

Yığmanın lideri artıq Paris-2024-ə hazırlaşacağını vurğulayıb: “Hədəfim daha yaxşı forma yığıb, Azərbaycana boksda ilk qızıl medalı qazandırmaqdır. Olimpiadada ancaq çempionluq barədə fikirləşirləşəcəyəm”.

Qeyd edək ki, Nicat Hüseynovdan öncə III Avropa Oyunlarında Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Olimpiadada iştirakını rəsmiləşdirib.

Fərdi
ASAPES-də İsrailli professorun seminarı başlayıb

ASAPES-də İsrailli professorun seminarı başlayıb

Fərdi
"Formula 1": Komandalar yeni mövsümün təqvimindən narazı qalıblar

"Formula 1": Komandalar yeni mövsümün təqvimindən narazı qalıblar

Fərdi
Çimərlik güləşi üzrə Azərbaycan millisi dünya çempionu olub

Çimərlik güləşi üzrə Azərbaycan millisi dünya çempionu olub

Fərdi
Karlsen turnirdən imtina edib, Məmmədyarova texniki qələbə verilib

Karlsen turnirdən imtina edib, Məmmədyarova texniki qələbə verilib

Fərdi
Günay Məmmədzadə: "Vətənim adına ilkə imza atdığım üçün çox şadam"

Günay Məmmədzadə: "Vətənim adına ilkə imza atdığım üçün çox şadam"

Fərdi
Dünya çempionatı: Azərbaycanın bədii gimnastı finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın bədii gimnastı finala yüksəlib

Fərdi
Yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə kuboku keçiriləcək

Yeniyetmə və gənc stolüstü tennisçilər arasında ölkə kuboku keçiriləcək

Fərdi
Şəhriyar Məmmədyarovun atasına Prezidentin fərdi təqaüdü verilib

Şəhriyar Məmmədyarovun atasına Prezidentin fərdi təqaüdü verilib

Fərdi
Rafael Ağayev ABŞ idmançısına qalib gələrək çempionluq kəmərinə sahib çıxıb

Rafael Ağayev ABŞ idmançısına qalib gələrək çempionluq kəmərinə sahib çıxıb

Fərdi
Yaponiyanın Azərbaycandakı səfiri və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub

Yaponiyanın Azərbaycandakı səfiri və ABF rəhbərliyinin məktəblilərlə görüşü olub

Fərdi
Yay Olimpiya Oyunları 2036-cı ildə Misirdə keçirilə bilər

Yay Olimpiya Oyunları 2036-cı ildə Misirdə keçirilə bilər

Fərdi
Azərbaycanın yeniyetmə və gənc kikboksçulardan ibarət millisi tarixi uğura imza atıb

Azərbaycanın yeniyetmə və gənc kikboksçulardan ibarət millisi tarixi uğura imza atıb