Azərbaycan millisinin baş məşqçisi Avropa çempionatında qarşılaşmaq istəmədiyi rəqiblərin adlarını açıqlayıb

Azərbaycan millisinin baş məşqçisi Avropa çempionatında qarşılaşmaq istəmədiyi rəqiblərin adlarını açıqlayıb

Azərbaycan minifutbol millisinin baş məşqçisi Elşad Quliyev Avropa çempionatında qarşılaşmaq istəmədiyi rəqiblərin adlarını açıqlayıb.

Mütəxəssis “QELEBE.AZ”a açıqlamasında konkret 5 komandanı fərqləndirib.

O, aprelin 4-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunacaq püşk zamanı nisbətən zəif komandalara rəqib olmaq istədiklərini gizlətməyib: “İkinci səbətdə çox güclü komandalar qərarlaşıblar. Onlardan Serbiya, Çexiya və Macarıstanı mümkün ən güclü rəqiblər saymaq olar. Digər səbətlərdə yer alanlardan dünya çempionatında özünü yaxşı tərəfdən göstərən Portuqaliya və İspaniyanı qeyd etmək olar. Onlarla eyni qrupa düşməyi arzulamıram. Nisbətən münasib qrupa düşsək, turnirin növbəti mərhələləri üçün daha yaxşı olar. Çünki belədə qrupda daha az güc itirmiş olarıq. Pley-offda ağır matçlar olur. Qrupdan çıxmaq və ora çox enerji saxlamaq vacibdir”.

Elşad Quliyev son Avropa çempionu olan komandasının yenə finala qədər irəliləməsini arzulayır: “Builki hədəfimiz finala qədər irəliləməkdir. Yenə həlledici matçda iştirak etmək istəyirik. Maraq dairəmizdə olan futbolçular Azərbaycan çempionatında özlərini yaxşı tərəfdən göstərirlər. Millidə böyük dəyişiklik olacağını düşünmürəm. Yenə də bir neçə yeni sima olacaq”.

Qeyd edək ki, Azərbaycan millisi püşkatma zamanı 1-ci səbətdə yer alacaq. Qitə birinciliyi iyunun 1-dən 9-na qədər Sarayevoda keçiriləcək.

Futbol
Robert Levandovskiyə üç, karyerasını bitirən Pikeyə dörd oyunluq cəza verilib

Robert Levandovskiyə üç, karyerasını bitirən Pikeyə dörd oyunluq cəza verilib

Futbol
İngiltərə Premyer Liqası: Liverpul derbisində hesab açılmayıb

İngiltərə Premyer Liqası: Liverpul derbisində hesab açılmayıb

Futbol
Azərbaycan yığması Millətlər Liqasını inamlı qələbə ilə başa vurub

Azərbaycan yığması Millətlər Liqasını inamlı qələbə ilə başa vurub

Futbol
"Çelsi" Avstriya klubunun 40 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub

"Çelsi" Avstriya klubunun 40 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub

Futbol
"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyunda qalib gəlməyə çalışacağıq"

"Nant"ın baş məşqçisi: "Qarabağ"la oyunda qalib gəlməyə çalışacağıq"

Futbol
DÇ-2022: Ən gənc futbolçular açıqlanıb

DÇ-2022: Ən gənc futbolçular açıqlanıb

Futbol
Azərbaycanın çimərlik futbolu yığması Ukraynaya uduzub

Azərbaycanın çimərlik futbolu yığması Ukraynaya uduzub

Futbol
Mahir Emreli “Dinamo” ilə təlim-məşq toplanışına yollanıb

Mahir Emreli “Dinamo” ilə təlim-məşq toplanışına yollanıb

Futbol
Qardaşı Pol Poqbanı oğurlayaraq 13 milyon avro tələb edib

Qardaşı Pol Poqbanı oğurlayaraq 13 milyon avro tələb edib

Futbol
“Qarabağ” UEFA-nın klub reytinqində “Monako”ya çatıb

“Qarabağ” UEFA-nın klub reytinqində “Monako”ya çatıb

Futbol
"Olimpiakos" komandası Bakıya yola düşüb

"Olimpiakos" komandası Bakıya yola düşüb

Futbol
Konfrans Liqasının oyunu halı pisləşən azarkeşə görə dayandırılıb

Konfrans Liqasının oyunu halı pisləşən azarkeşə görə dayandırılıb