Premyer Liqa: "Neftçi" səfərdə "Kəpəz"ə qalib gəlib

Premyer Liqa: "Neftçi" səfərdə "Kəpəz"ə qalib gəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, günün ilk matçında "Kəpəz" Gəncədə "Neftçi"ni qəbul edib.

Gəncə şəhər stadionundakı qarşılaşma "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt təmsilçisinin heyətində 17-ci dəqiqədə Emin Mahmudov, 82-ci dəqiqədə Kenni Sayef fərqlənib.

Bölgə klubunda Zamiq Əliyev 62-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. 21 yaşlı yarımmüdafiəçi görüşü ləngidən Kenni Sayefi başla vurduğu üçün meydandan qovulub.

Bu nəticədən sonra xallarının sayını 22-yə çatdıran "Neftçi" üçüncü pillədə qərarlaşıb. 4 xala malik "Kəpəz" "Sumqayıt"la birlikdə 8-9-cu yerləri bölüşdürür.

Qeyd edək ki, günün ikinci görüşündə "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək. Turun əvvəlki oyunlarında "Şamaxı" evdə "Qəbələ" ilə 1:1, "Səbail" səfərdə "Turan Tovuz"la 2:2 hesablı heç-heçə edib, "Sabah" isə doğma meydanda "Zirə"yə qalib gəlib - 1:0.

Futbol
"Real Madrid"in sabiq futbolçusu "Olimpiakos"un baş məşqçisi olub

"Real Madrid"in sabiq futbolçusu "Olimpiakos"un baş məşqçisi olub

Futbol
Avropa Liqasında həftənin ən yaxşı qolu müəyyənləşib

Avropa Liqasında həftənin ən yaxşı qolu müəyyənləşib

Futbol
DÇ-2022: ABŞ İranı məğlub edərək qrupdan çıxıb

DÇ-2022: ABŞ İranı məğlub edərək qrupdan çıxıb

Futbol
Canni De Byazi: "Bu iki oyun inam qazanmaq baxımından vacibdir"

Canni De Byazi: "Bu iki oyun inam qazanmaq baxımından vacibdir"

Futbol
Azərbaycan Premyer Liqası: Ən çox qol vurulan dəqiqələr – ARAŞDIRMA

Azərbaycan Premyer Liqası: Ən çox qol vurulan dəqiqələr – ARAŞDIRMA

Futbol
Qriqoryandan şovinist iddia: “Ermənistan yığmasının baş məşqçisi erməni olmalıdır”

Qriqoryandan şovinist iddia: “Ermənistan yığmasının baş məşqçisi erməni olmalıdır”

Futbol
Konfrans Liqası: "Başakşehir" Şotlandiya klubunu darmadağın edib

Konfrans Liqası: "Başakşehir" Şotlandiya klubunu darmadağın edib

Futbol
Azərbaycan yığması Qırğızıstan və Moldova ilə görüşəcək

Azərbaycan yığması Qırğızıstan və Moldova ilə görüşəcək

Futbol
Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb

Avropa Liqasında qrup mərhələsinin püşkü atılıb

Futbol
Mahmud Qurbanov: "Bəzi futbolçular əvəzedici komandaya göndəriləcək"

Mahmud Qurbanov: "Bəzi futbolçular əvəzedici komandaya göndəriləcək"

Futbol
Ukrayna klubunun məşqçisi Belarusda həbs edilib

Ukrayna klubunun məşqçisi Belarusda həbs edilib

Futbol
Barış Şimşek: "Aut qərarı yanlışdır, amma buna VAR-da baxılmır"

Barış Şimşek: "Aut qərarı yanlışdır, amma buna VAR-da baxılmır"