Qurban Qurbanov: "Sumqayıt" intizamlı müdafiə olunan komandadır"

Qurban Qurbanov: "Sumqayıt" intizamlı müdafiə olunan komandadır"

"Futbolçularımı təbrik edirəm. Əziyyət çəkdilər, yoruldular. İntizamlı müdafiə olunan komandaya qarşı oynadıq".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının X tur oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis rəqibin ilk hissədə boş zonaları yaxşı bağladığını bildirib: "Onların əks hücumlarının qarşısını ala bilirdik. İkinci yarıda bir epizoddda anlaşılmazlıq oldu və bundan maksimum istifadə etdilər. "Sumqayıt"ın baş məşqçisi Samir Abasova uğurlar arzulayıram".

Qurbanov sıx qrafiklə çıxış etdiklərini söyləyib: "Futbolçuların 3 günə özlərinə gələcəklərini deyə bilmərik. Onların yaxşı durumlarını geri qaytarmağa çalışırıq. Nəzərə alaq ki, çempionat matçları da gərgin keçir".

Təcrübəli baş məşqçi Kevin Medinanın daha əvvəl də sol cinahda oynadığını xatırladıb: "Bu gün Rahil Məmmədov və Maksim Medvedevin onunla birlikdə meydanda olmasını istəyirdim. Növbəti görüşlərdə də bu cür addımlar ata bilərik".

Mütəxəssis hələlik UEFA Avropa Liqasında Fransa "Nant"ı ilə qarşılaşmanı düşünmədiklərini sözlərinə əlavə edib: "Qarşıda çempionat matçımız olacaq. Hazırlaşmaq üçün vaxtımız da var".

Qurbanov zədəli olan Kadi Borgesin durumu haqqında danışıb: "Onun vəziyyəti yaxşılığa doğru gedir. Qarşıdakı matçda oynayıb-oynamayacağını hələ bilmirik. Gələn həftə daha dolğun cavab verə biləcəyik".

Futbol
“Qarabağ” Fransa klubunu darmadağın edib - FOTOLENT VİDEO

“Qarabağ” Fransa klubunu darmadağın edib - FOTOLENT VİDEO

Futbol
Canni De Byazi yenidən Albaniya yığmasına rəhbərlik edə bilər

Canni De Byazi yenidən Albaniya yığmasına rəhbərlik edə bilər

Futbol
PSJ Messinin DÇ-2022-dəki qələbəni ev oyununda qeyd etməsinə icazə verməyib

PSJ Messinin DÇ-2022-dəki qələbəni ev oyununda qeyd etməsinə icazə verməyib

Futbol
Ayxan Abbasov: “Durumumuz yaxşı deyil”

Ayxan Abbasov: “Durumumuz yaxşı deyil”

Futbol
Avropa Liqası: "Arsenal"ın təxirə salınan oyununun vaxtı bəlli olub

Avropa Liqası: "Arsenal"ın təxirə salınan oyununun vaxtı bəlli olub

Futbol
Azərbaycan millisi Şimali Makedoniyaya qalib gəlib

Azərbaycan millisi Şimali Makedoniyaya qalib gəlib

Futbol
La Liqa: "Real Madrid" mövsümün ilk məğlubiyyətini alıb

La Liqa: "Real Madrid" mövsümün ilk məğlubiyyətini alıb

Futbol
"Kəpəz"in legioneri: "Azarkeşlərin güclü dəstəyinə ehtiyacımız var"

"Kəpəz"in legioneri: "Azarkeşlərin güclü dəstəyinə ehtiyacımız var"

Futbol
“Sevilya” İsko ilə müqaviləni ləğv edib

“Sevilya” İsko ilə müqaviləni ləğv edib

Futbol
“Real” İspaniya Superkubokunun finalına yüksəlib

“Real” İspaniya Superkubokunun finalına yüksəlib

Futbol
DÇ-2022: İran Uelsə qalib gəlib

DÇ-2022: İran Uelsə qalib gəlib

Futbol
Azərbaycan Premyer Liqası: “Səbail” - “Şamaxı” oyununda hesab açılmayıb

Azərbaycan Premyer Liqası: “Səbail” - “Şamaxı” oyununda hesab açılmayıb