Azərbaycan yığmasının sabiq kapitanı: Öz içimdə milli komanda ilə vidalaşdım

Azərbaycan yığmasının sabiq kapitanı: Öz içimdə milli komanda ilə vidalaşdım

Bir ildir çağırılmadığım üçün öz içimdə milli komanda ilə vidalaşdım.

“QELEBE.AZ” xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu Maksim Medvedev “metaratings.ru” saytına müsahibəsində deyib.

34 yaşlı müdafiəçi yığmaya azarkeş marağının az olmasını zəif nəticələrlə əlaqələndirib: “Dəstək azdır, çünki millinin nəticələri zəifdir. Yaxşı motivasiya lazımdır. Yeddi ildir məzuniyyətim olmayıb. Çünki məzuniyyət günlərini millinin düşərgəsində keçirmişəm. Hər yerdə vaxtında olmaq lazımdır. Onsuz da psixoloji cəhətdən çətin idi”.

Keçmiş kapitan Azərbaycan yığmasının Avropa çempionatına vəsiqə qazanan Gürcüstan və Ukraynanın uğurunu təkrarlaya bilməməsini qeyri-sabitlikdə görür: “Sabitlik yoxdur, çünki Azərbaycanda son vaxtlar tez-tez məşqçi dəyişir. Hər kəs öz mentaliteti və fəlsəfəsi ilə gəlir. Məsələn, klublarda müdafiəçilərin bəziləri 4-lü, bəziləri 5-li oynayırlar. Komanda bir-birinə öyrəşməlidir. Ancaq müxtəlif sxemlərə görə bu çətindir. Məşqçilərin tez-tez dəyişməsi səbəbindən komanda öz oyun sistemini tapa bilmirdi. Həmçinin gənclərdən ibarət komandaları da gücləndirmək lazımdır”.

O, Avropa çempionatında komanda sayının 24-ə yüksəldilməsini zəif millilər üçün şans hesab edir: “Bu dəyişikliklər ona görə idi ki, nisbətən aşağı səviyyədə olan komandaların vəsiqə qazanmaq şansı olsun. Bu, müsbət tendensiyadır”.

Qeyd edək ki, Maksim Medvedev 2009-2022-ci illərdə Azərbaycan millisinin heyətində 81 oyun keçirib, 4 qol vurub.

Futbol
UEFA "Qarabağ"ın iki rəqibini cərimələyib

UEFA "Qarabağ"ın iki rəqibini cərimələyib

Futbol
Benzema Makronun dünya çempionatının finalını birgə izləmək təklifini qəbul etməyib

Benzema Makronun dünya çempionatının finalını birgə izləmək təklifini qəbul etməyib

Futbol
Yaponiya millisi DÇ-2022-dən sonra baş məşqçi ilə müqaviləni yeniləyib

Yaponiya millisi DÇ-2022-dən sonra baş məşqçi ilə müqaviləni yeniləyib

Futbol
Azərbaycan çempionatlarında “transfer pəncərəsi” yanvarın 3-də açılacaq

Azərbaycan çempionatlarında “transfer pəncərəsi” yanvarın 3-də açılacaq

Futbol
"Qalatasaray" 3 xalı darmadağınla qazanıb

"Qalatasaray" 3 xalı darmadağınla qazanıb

Futbol
DÇ-2022: Xorvatiya - Belçika oyunu başlayıb

DÇ-2022: Xorvatiya - Belçika oyunu başlayıb

Futbol
UEFA rusiyalı futbolçunun Polşaya buraxılmayacağı xəbərinə münasibət bildirib

UEFA rusiyalı futbolçunun Polşaya buraxılmayacağı xəbərinə münasibət bildirib

Futbol
Qətər koronavirusa qarşı peyvənd olunmayanlar üçün karantini ləğv edir

Qətər koronavirusa qarşı peyvənd olunmayanlar üçün karantini ləğv edir

Futbol
Azərbaycan Premyer Liqası: “Sabah” “Şamaxı” ilə oyunda xal itirib

Azərbaycan Premyer Liqası: “Sabah” “Şamaxı” ilə oyunda xal itirib

Futbol
Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq

Futbol
Pirlo Belçika millisini çalışdıra bilər

Pirlo Belçika millisini çalışdıra bilər

Futbol
Eden Azar Belçika millisindəki karyerasını başa vurub

Eden Azar Belçika millisindəki karyerasını başa vurub