Avropa çempionatı: Azərbaycanın daha 3 boksçusu 1/4 finala yüksəlib

Avropa çempionatı: Azərbaycanın daha 3 boksçusu 1/4 finala yüksəlib

Azərbaycanın daha 3 boksçusu İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qızlar arasında keçirilən Avropa çempionatında 1/4 finala yüksəlib.

Federasiyadan "QELEBE.AZ"a verilən məlumata görə, milli üzvlərindən 54 kq-da çıxış edən Məhəmmədəli Aşurəliyev Armandas Kreqzde (Litva) ilə qarşılaşıb. Gərgin keçən döyüşdə rəqibini 4:1 (30:27, 29:28, 30:27, 30:27, 28:29) hesablı ilə məğlub edən idmançı növbəti raunda adlayıb. O, yarımfinala gedən yolda Artur Avetikyanla (Ermənistan) üz-üzə gələcək.

57 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədəli Qasımzadə 1/8 finalda Nik Smirnova (Almaniya) 5:0 (30:25, 30:26, 30:26, 30:26, 30:26) hesabı ilə qalib gəlib. O, növbəti görüşünü Kallum Karragerə (İrlandiya) qarşı keçirəcək.

66 kq-da Ziya Həsənov isə qələbəni vaxtından əvvəl təmin edib. O, Stefan Ananyevi (Estoniya) II raundda tam üstünlüklə məğlub edib. Həsənov 1/4 finalda Pavel Urbanskini (Polşa) sınağa çəkəcək.

Bununla da, Avropa çempionatında 1/4 finalda mübarizə aparacaq Azərbaycan boksçularının sayı 9-a çatıb. Aşurəliyev, Qasımzadə və Həsənovdan başqa, Faiq Mollayev (46 kq), Aysu İsmayılova (46 kq), Nərmin Əlizadə (48 kq), Aynur Mikayılova (50 kq), Qızbəs İsgəndər (54 kq) və Emili Rzayeva (70 kq) da yarımfinala vəsiqə uğrunda döyüşəcək.

Qeyd edək ki, yarışda 33 ölkədən 378 (250 oğlan, 128 qız) idmançı mübarizə aparır.

Futbol
Azərbaycan yığması bu gün Millətlər Liqasında son oyununu keçirəcək

Azərbaycan yığması bu gün Millətlər Liqasında son oyununu keçirəcək

Futbol
Azərbaycanın U-21 millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb - SİYAHI

Azərbaycanın U-21 millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb - SİYAHI

Futbol
İngiltərə Premyer Liqası: “Mançester Yunayted” “Nottingem Forest”i darmadağın edib

İngiltərə Premyer Liqası: “Mançester Yunayted” “Nottingem Forest”i darmadağın edib

Futbol
Moldova – Azərbaycan oyununun vaxtı açıqlanıb

Moldova – Azərbaycan oyununun vaxtı açıqlanıb

Futbol
FIFA yeni turnir keçirəcək

FIFA yeni turnir keçirəcək

Futbol
"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli olub

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli olub

Futbol
Danimarka millisi DÇ-2022-nin Qətərdə keçirilməsinə maraqlı şəkildə etiraz edib

Danimarka millisi DÇ-2022-nin Qətərdə keçirilməsinə maraqlı şəkildə etiraz edib

Futbol
Emin Mahmudov: "Qarabağ" ikinci hissədə oynamağa imkan vermədi"

Emin Mahmudov: "Qarabağ" ikinci hissədə oynamağa imkan vermədi"

Futbol
Azərbaycan Premyer Liqası: “Zirə” səfərdə “Sumqayıt”a qalib gəlib

Azərbaycan Premyer Liqası: “Zirə” səfərdə “Sumqayıt”a qalib gəlib

Futbol
Belçikadan minimal hesablı qələbə

Belçikadan minimal hesablı qələbə

Futbol
"Qarabağ" dünya reytinqində 8 pillə irəliləyib

"Qarabağ" dünya reytinqində 8 pillə irəliləyib

Futbol
"Neftçi"nin baş məşqçisi: "İlk yarıda hesabı artırmaq üçün şanslarımız oldu"

"Neftçi"nin baş məşqçisi: "İlk yarıda hesabı artırmaq üçün şanslarımız oldu"