“Real Madrid” öz meydanında “Selta”nı məğlub edib
İspaniya La Liqasında “Real Madrid” və “Selta” komandaları üz-üzə gəlib.
APA xəbər verir ki, Madrid təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib.
“Selta”nın heyətində Pablo Duran 6-cı dəqiqədə hesabı açıb.
“Real Madrid”in heyətində Cud Bellinqem 66-cı dəqiqədə tarazlığı bərpa edib.
Karlos Espinin 85-ci dəqiqədə vurduğu qol isə Madrid klubuna üstünlük qazandırıb.

https://mail.qalaba.az//uploads/photo/real-madrid-oz-meydaninda-seltani-meglub-edib.webp











