Premyer Liqa: “Zirə” “Qəbələ”ni böyük fərqlə məğlub edib

Premyer Liqa: “Zirə” “Qəbələ”ni böyük fərqlə məğlub edib

Azərbaycan Premyer Liqasında XXIX tur davam edir.

“Report”un məlumatına görə, bu gün daha bir oyun keçirilib.

“Zirə” və “Qəbələ” komandaları birincilərin meydanında üz-üzə gəliblər. Dörd gün əvvəl baş tutan Azərbaycan Kubokunun yarımfinal oyununda olduğu kimi, bakılılar yenə meydandan qalibiyyətlə ayrılıblar. Ancaq bu dəfə daha böyük hesab qeydə alınıb.

Rəşad Sadıqovun yetirmələri artıq birinci hissədə rəqib qapısından 3 top keçiriblər. 4-cü dəqiqədə Rəhim Sadıxov hesabı açıb. 25-ci dəqiqədə Rafael Utziq, iki dəqiqə sonra isə Ceyhun Nuriyev adlarını tabloya yazdırıblar.

57-ci dəqiqədə Fuad Bayramov fərqi 4 topa çatdırıb. Beləliklə, rəqibi üzərində 4:0 hesablı qələbə qazanan “Zirə” xallarının sayını 45-ə çatdırıb və ikinci pilləyə yüksəlib. Sonuncu sıradakı “Qəbələ”nin isə hesabında 16 xal var.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Kəpəz” “Araz-Naxçıvan”ı (2:1), “Turan Tovuz” “Sabah”ı (2:0), “Qarabağ” isə “Səbail”i (4:2) məğlub edib. Tura bu gün keçiriləcək “Neftçi” - “Sumqayıt” matçı ilə yekun vurulacaq.

Futbol
“Qarabağ” Avropada ən çox qələbə qazanan komandaların siyahısında 2-ci pilləyə yüksəlib

“Qarabağ” Avropada ən çox qələbə qazanan komandaların siyahısında 2-ci pilləyə yüksəlib

Futbol
Azərbaycan Premyer Liqası: “Qarabağ” “Şamaxı”ya “Qəbələ” “Sabah”a qarşı

Azərbaycan Premyer Liqası: “Qarabağ” “Şamaxı”ya “Qəbələ” “Sabah”a qarşı

Futbol
“Qəbələ”nin futbolçusu: “Qarabağ”la 11 gündə 3 oyun keçirmək çox çətindir”

“Qəbələ”nin futbolçusu: “Qarabağ”la 11 gündə 3 oyun keçirmək çox çətindir”

Futbol
Avropa Liqası: Pley-offun püşkü atılıb

Avropa Liqası: Pley-offun püşkü atılıb

Futbol
"Zirə"nin legioneri: "Çempionat bizim üçün çətin keçəcək"

"Zirə"nin legioneri: "Çempionat bizim üçün çətin keçəcək"

Futbol
Elxan Məmmədov FIFA-da UEFA-ya üzv ölkələr üçün seminar keçirib

Elxan Məmmədov FIFA-da UEFA-ya üzv ölkələr üçün seminar keçirib

Futbol
"Çelsi"nin sabiq futbolçusu karyerasını bitirib

"Çelsi"nin sabiq futbolçusu karyerasını bitirib

Futbol
Rusiya millisinin oyunundan öncə stadionda işıqlar sönüb

Rusiya millisinin oyunundan öncə stadionda işıqlar sönüb

Futbol
Qurban Qurbanov: "Neftçi" həmişə "Neftçi"dir"

Qurban Qurbanov: "Neftçi" həmişə "Neftçi"dir"

Futbol
İspaniya Kosta-Rikanı darmadağın edib

İspaniya Kosta-Rikanı darmadağın edib

Futbol
ABŞ millisinin 6 futbolçusu ilin rəmzi “11-liy”inə düşüb

ABŞ millisinin 6 futbolçusu ilin rəmzi “11-liy”inə düşüb

Futbol
Tomas Tuxel "Bavariya"nın baş məşqçisi ola bilər

Tomas Tuxel "Bavariya"nın baş məşqçisi ola bilər