Elmar Baxşıyev “Araz-Naxçıvan”ın baş məşqçisi təyin olunub
Elmar Baxşıyev “Araz-Naxçıvan” futbol klubunun baş məşqçisi təyin olunub.
Bu barədə “Report”a mütəxəssisin özü məlumat verib.
Təyinat bu gün reallaşıb.
Qeyd edək ki, Elmar Baxşıyev "Araz-Naxçıvan"dan ayrılan Azər Bağırovu əvəzləyib. 43 yaşlı mütəxəssis bundan öncə “Qəbələ”ni çalışdırıb.

https://mail.qalaba.az//uploads/photo/elmar-baxshiyev-araz-naxchivanin-bash-meshqchisi-teyin-olunub.webp











