Klopp karyerasının sonu barədə danışıb: Uzun müddətdir normal həyat sürmürəm

Klopp karyerasının sonu barədə danışıb: Uzun müddətdir normal həyat sürmürəm

İngiltərənin "Liverpul" futbol komandasının baş məşqçisi Yurgen Klopp klubdan ayrıldıqdan sonra məşqçilik karyerasını bitirəcəyini etiraf edib.

Bu barədə “Report” “Sports Brief”ə istinadən xəbər verir.

“Hazırda məşqçi kimi karyeramı davam etdirməyi planlaşdırmıram. Bir ildən sonra məndən soruşa bilərsiniz, amma indi yox”, - Klopp deyib.

Alman mütəxəssis 2015-ci ilin payızından İngiltərə "Liverpul"unda çalışır. “Qırmızılar” onun rəhbərliyi altında İngiltərə Premyer Liqası, Çempionlar Liqası, Klublararası Dünya Çempionatı, Liqa Kuboku, İngiltərə Kuboku və UEFA Super Kubokunun qalibi olub. O, cari mövsüm başa çatdıqdan sonra komandanı tərk edəcək.

“Uzun müddətdir normal həyat sürmürəm. Normal həyat sürmək üçün qocalana qədər gözləmək istəmirəm. Bunun necə olduğunu və darıxmayacağımı başa düşmək üçün heç olmasa cəhd etməliyəm” - Klopp qərarını izah edib.

"Liverpul" İngiltərə çempionatının turnir cədvəlində 71 xalla ikinci yerdədir.

Futbol
Avstraliya Tunisə qalib gəlib

Avstraliya Tunisə qalib gəlib

Futbol
Azərbaycanın U-19 millisi seçmə mərhələdə Niderlanda rəqib olub

Azərbaycanın U-19 millisi seçmə mərhələdə Niderlanda rəqib olub

Futbol
Riçard Almeyda: “Neymarın zədələnməsi kefimizə “soğan doğradı”

Riçard Almeyda: “Neymarın zədələnməsi kefimizə “soğan doğradı”

Futbol
Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi daha bir yoldaşlıq oyunu keçirəcək

Futbol
ABŞ millisinin 6 futbolçusu ilin rəmzi “11-liy”inə düşüb

ABŞ millisinin 6 futbolçusu ilin rəmzi “11-liy”inə düşüb

Futbol
Azərbaycan Premyer Liqası: "Neftçi" "Qəbələ"yə qalib gəlib

Azərbaycan Premyer Liqası: "Neftçi" "Qəbələ"yə qalib gəlib

Futbol
“Qarabağ” – “Nant” oyununun hakimləri bəlli olub

“Qarabağ” – “Nant” oyununun hakimləri bəlli olub

Futbol
"Yuventus" və "İnter"in sabiq futbolçusu karyerasını başa vurub

"Yuventus" və "İnter"in sabiq futbolçusu karyerasını başa vurub

Futbol
"Qarabağ"ın futbolçusu Vadjinin komandadan ayrılmasına münasibət bildirib

"Qarabağ"ın futbolçusu Vadjinin komandadan ayrılmasına münasibət bildirib

Futbol
“Əl-Nəsr” Ronaldonun formasından 22 milyon 638 min dollar qazanc götürüb

“Əl-Nəsr” Ronaldonun formasından 22 milyon 638 min dollar qazanc götürüb

Futbol
Ronaldo klubunu satır

Ronaldo klubunu satır

Futbol
Kadi: “Azarkeşlər üçün yaxşı tamaşa olacaq”

Kadi: “Azarkeşlər üçün yaxşı tamaşa olacaq”