Mahir Emreli: "Futbolçu bir az robot kimi olmalıdır"

Mahir Emreli: "Futbolçu bir az robot kimi olmalıdır"

"Oyun tam olaraq nəzarətimiz altında idi. Bəzi hallarda çatışmazlıqlarımız olurdu. Buna baxmayaraq, qələbəyə layiq idik".

"Report"un məlumatına görə, bunu Azərbaycan yığmasının futbolçusu Mahir Emreli Bakıda Qazaxıstana 3:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

25 yaşlı hücumçu qrup lideri ola bilməmələrinin səbəbini açıqlayıb: "Qələbələr gec və liderliyi əldən verdik. Rəqibdən nəsə gözləməyi sevmirəm. Bir məqam ola bilər ki, biz Belarusu Serbiyada məğlub edə bilərdik. Bir az məyusedici olan budur. Bu tsikldə yaxşı oyun göstərə bildik. Məğlub olduğumuz oyunlarda da yaxşı çıxış edirdik. Son 3 matçda nəticə də yaxşı oldu. Belə davam etməliyik".

O bildirib ki, hər futbolçu milli səviyyəsində uğur qazanmağı arzulayır: "Belə şans düşsə, inanıram ki, komanda əlindən gələnin artığını edəcək".

Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasında çıxış edən forvard zədədən yeni qayıtdığını söyləyib: "Bu hallarda optimal formaya qayıtmaq çətin olur. Bu günlərdə hər birimizin qələbəyə ehtiyacı var. Xalqımızı sevindirmək istəyirdik. Şəhidlər ölməz, Vətən bölünməz".

Emrelinin sözlərinə görə, Zaqrebdə azarkeşlərin ona qarşı münasibəti yaxşıdır: "Bəzi uğursuzluqlarım oldu. Son zədəm bir az ağır keçdi. Orda da çıxdığım hər oyunda yaxşı oynamaq istəyirəm. Burada da top mənə gələndə fanatlar fərqli bir şey gözləyir. Azarkeşlərin dəstəyini hiss edirəm. Önəmli olan qələbə qazanmaqdır".

Futbolçu "Dinamo"nun heyətində Çempionlar Liqasının qrup mərhələsində meydana çıxmağı gözlədiyini vurğulayıb: "Ümid edirəm ki, baş məşqçi mənə bu şansı verəcək. Onun qərarına hörmətlə yanaşmaq lazımdır. Futbol oynamaq bizim işimizdir. Futbolçu bir az robot kimi olmalıdır. Futbolun sayəsində ailəmizə baxırıq. Robot kimi olmalıyıq, qoydular oynamalıyıq, qoymadılar yox. Həvəsdən düşməməlisiniz. Gərək, əlinə düşən şansı qaçırmayasan".

Futbol
Ronaldunun təqdimat mərasimini 3 milyard insan izləyib

Ronaldunun təqdimat mərasimini 3 milyard insan izləyib

Futbol
FİFA-ya İranın DÇ-2022-dən kənarlaşdırılması xahişi ilə müraciət edilib

FİFA-ya İranın DÇ-2022-dən kənarlaşdırılması xahişi ilə müraciət edilib

Futbol
“Qarabağ” dünya rekordçularına çatıb

“Qarabağ” dünya rekordçularına çatıb

Futbol
Avropa Liqası: “Qarabağ” səfərdə Bundesliqanın lideri ilə oynayacaq

Avropa Liqası: “Qarabağ” səfərdə Bundesliqanın lideri ilə oynayacaq

Futbol
Rusiyanın Asiya Futbol Konfederasiyasına qoşulması ilə bağlı səsvermə təxirə salınıb

Rusiyanın Asiya Futbol Konfederasiyasına qoşulması ilə bağlı səsvermə təxirə salınıb

Futbol
“Qarabağ” "Olimpiakos"la heç-heçə oynayıb - VİDEO

“Qarabağ” "Olimpiakos"la heç-heçə oynayıb - VİDEO

Futbol
Londonda 5 azarkeş həbs olunub

Londonda 5 azarkeş həbs olunub

Futbol
Fransa Futbol Federasiyasının prezidenti Zinəddin Zidandan üzr istəyib

Fransa Futbol Federasiyasının prezidenti Zinəddin Zidandan üzr istəyib

Futbol
Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə yekun vurulub

Bakı kənd və qəsəbələri arasında uşaq futbol turnirinə yekun vurulub

Futbol
Canni De Byazi: "Komandada atmosfer yaxşıdır"

Canni De Byazi: "Komandada atmosfer yaxşıdır"

Futbol
Pirlo Belçika millisini çalışdıra bilər

Pirlo Belçika millisini çalışdıra bilər

Futbol
Gürcüstanlı futbolçu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib

Gürcüstanlı futbolçu Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib