Mats Hummels Dortmund "Borussiya"sında 500-cü oyununu keçirib
Mats Hummels Dortmund "Borussiya"sında 500-cü oyununu keçirib.
"QELEBE.AZ" xəbər verir ki, yubiley Çempionlar Liqasının 1/4 final mərhələsinin “Atletiko"ya (Madrid) qarşı ilk görüşünə (1:2) təsadüf edib.
35 yaşlı müdafiəçi Almaniya təmsilçisinin heyətində keçirdiyi matçların sayına görə yalnız sabiq yarımmüdafiəçi Mixael Sorkdan geri qalır - 572 oyun.
Qeyd edək ki, M.Hummels bu mövsüm "Borussiya"nın formasında 32 oyuna çıxıb və 3 qol vurub.

https://mail.qalaba.az//uploads/photo/mats-hummels-dortmund-borussiyasinda-500-cu-oyununu-kechirib.webp











