ACF-nin vitse-prezidenti: Bəzi çəkilərdə olimpiadaya kimin gedəcəyi dəqiq bilinmir

ACF-nin vitse-prezidenti: Bəzi çəkilərdə olimpiadaya kimin gedəcəyi dəqiq bilinmir

Bəzi çəkilərdə olimpiadaya kimin gedəcəyi dəqiq bilinmir. Avropa və dünya çempionatından sonra bu barədə yekun qərar veriləcək.

“QELEBE.AZ” xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli jurnalistlərə açıqlamasında deyib.

Federasiya rəsmisi Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatına hazırlaşan cüdoçuların əhval-ruhiyyələrinin yaxşı olduğunu bildirib: “10 gündən az vaxtımız qalıb. Yarışa tam heyətlə qatılacağıq. Kimdə hansısa çatışmazlıq varsa, məşqçilər korpusu bunu aradan qaldırmağa çalışır. Əsas hədəfimiz olimpiadadır. Cüdoçularımız Avropa və dünya çempionatlarına gedəcəklər. Ötən illə müqayisədə bu dəfə onların yükünü azaltmayacağıq”.

Elnur Məmmədli milli üzvlərindən qitə birinciliyində uğurlu nəticələr gözlədiklərini sözlərinə əlavə edib: “Ötən il Avropa çempionatından 2 qızıl medalla qayıtmışdıq. Həmin vaxt fəxri kürsünün ən yüksək pilləsinə qalxan Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) hazırda reytinqdə müvafiq olaraq birinci və ikinci yerdədirlər. Əlbəttə ki, digər ölkələrin cüdoçuları da bizə qarşı hazırlaşırlar. Buna baxmayaraq, bütün idmançılarımız qitə birinciliyində öz məharətlərini göstərəcəklər”.

Olimpiya çempionu 81 kq çəkidə çıxış edən Səid Mollayinin heyətə cəlb olunmamasının səbəbini də açıqlayıb: “Mollayi zədəlidir. Sağlamlığını bərpa etməsi üçün ona xüsusi proqram verilib. Sağaldıqdan sonra yenidən heyətdə yer alacaq”.

Qeyd edək ki, aprelin 25-də startı veriləcək və üç gün davam edəcək Avropa çempionatında Azərbaycan millisinin 9 çəki dərəsində 13 cüdoçusu mübarizə aparacaq.

Fərdi
Taekvondo üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək

Taekvondo üzrə Azərbaycan birinciliyi və çempionatı keçiriləcək

Fərdi
"Shusha Chess 2022": Məmmədyarov qələbə qazanıb, Rəcəbov heç-heçə edib

"Shusha Chess 2022": Məmmədyarov qələbə qazanıb, Rəcəbov heç-heçə edib

Fərdi
Bakıda kikboksinq üzrə Respublika Kuboku start götürüb

Bakıda kikboksinq üzrə Respublika Kuboku start götürüb

Fərdi
Azərbaycan millisinin sabiq güləşçisi UFC ilə müqavilə imzalayacaq

Azərbaycan millisinin sabiq güləşçisi UFC ilə müqavilə imzalayacaq

Fərdi
Həbib Nurməhəmmədov ötən ilin ən yaxşı məşqçisi seçilib

Həbib Nurməhəmmədov ötən ilin ən yaxşı məşqçisi seçilib

Fərdi
Sayns “Formula 1” üzrə ABŞ Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

Sayns “Formula 1” üzrə ABŞ Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

Fərdi
“Mançester Yunayted” Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək

“Mançester Yunayted” Ronaldunu 720 min funt-sterlinq cərimələyəcək

Fərdi
Daha bir azərbaycanlı kikboksçu Zabit Səmədovun vida döyüş gecəsində qalib gəlib

Daha bir azərbaycanlı kikboksçu Zabit Səmədovun vida döyüş gecəsində qalib gəlib

Fərdi
Azərbaycanın ikiqat dünya çempionu canlı yayımda müsahibə vaxtı ağlayıb

Azərbaycanın ikiqat dünya çempionu canlı yayımda müsahibə vaxtı ağlayıb

Fərdi
Azərbaycan Cüdo Federasiyasının rəsmi saytı təqdim olunub

Azərbaycan Cüdo Federasiyasının rəsmi saytı təqdim olunub

Fərdi
Bakıdakı Dünya Kubokunun biletləri satışa çıxarılıb

Bakıdakı Dünya Kubokunun biletləri satışa çıxarılıb

Fərdi
"Shusha Chess 2022" turnirinin rəsmi saytı təqdim olunub

"Shusha Chess 2022" turnirinin rəsmi saytı təqdim olunub