Sadıq Sadıqov: Çoxları "Neftçi"nin kuboku qazanacağına inanmırdı

Sadıq Sadıqov: Çoxları "Neftçi"nin kuboku qazanacağına inanmırdı

Çoxları bizim titula sahib çıxacağımıza inanmırdı.

Bunu "Report"a açıqlamasında "Neftçi" İdman Klubunun İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov basketbol komandasının Azərbaycan Kubokunun qalibi olması ilə bağlı danışarkən deyib.

O, "Xəzri"yə 65:61 hesabı ilə qalib gəldikləri final matçının çox gərgin keçdiyini söyləyib: "Artıq ikinci mövsümdür ki, Azərbaycan Basketbol Liqasında iştirak edirik. Yeni komandayıq. İlk ilimizdə bizdə heç nə alınmadı. Bu, sınaq mövsümü oldu. Sonra heyəti gücləndirməyi qərara aldıq. Əcnəbi oyunçularımız var, ən güclü yerli basketbolçuları da cəlb etdik. Məqsəd liqada və kubokda çempionluq idi. Bu gün şans bizim tərəfimiz oldu. 4 top üstünlük basketbolda böyük fərq hesab edilmir. Bu qarşılaşmanın gərginliyindən xəbər verir. Oyunçular əzmkarlıq göstərdilər. Fasilədən sonra onlara motivasiya verdik. Sağ olsunlar, başımızı uca etdilər".

O, komandanın avrokuboklarda çıxış etmək ehtimalı barədə danışıb: "Hədəflərimiz böyükdür. Avrokuboklarda mübarizə aparmaq niyyətindəyik. Beləliklə, heyətimiz daha da güclənməlidir. Sponsorumuz SOCAR komandamıza böyük dəstək verib. İnanıram ki, Avropada oynamaq üçün şans versələr, əlimizdən gələni edəcəyik. Ölkəmizi beynəlxalq arenada təmsil etmək və Azərbaycanın idman ölkəsi olduğunu göstərmək istəyirik".

Sadıq Sadıqov "Neftçi" İdman Klubunun təmsilçilərinin idmanın müxtəlif növlərində nailiyyətlər əldə etdiyini xatırladıb.

İdarəetmə aparatının rəhbəri 3x3 basketbol üzrə Azərbaycan millisində "Neftçi"nin üzvlərinin də olduğunu diqqətə çatdırıb. Sadıqov yığmanın Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmasının böyük uğur olduğunu deyib: "Komandamız olimpiadada da nəsə edə bilər. Biz qızlarımızın lisenziyaya sahib çıxacağına inanırdıq".

Funksioner Azərbaycan I Liqasında çıxış edən "Qaradağ Lökbatan" futbol klubunun Premyer Liqaya vəsiqə qazanmaq ehtimalına da toxunub: "Turnir cədvəlində liderik. "Şamaxı" kimi güclü rəqibimiz var. İnanıram ki, heç kim zəhmətimizi yerdə qoymayacaq. Hazırda sənədləşmə prosesi gedir. İnşallah bunu da çatdıracağıq. Sənədləri təqdim etmişik. Bəzi klublar stadionu icarəyə götürüb oynayırlar. Premyer Liqada iştirak etsək, burada öz sözümüzü deyə bilərik. Stadionumuz bəzi tələblərə cavab vermir. Arena təmir edilə bilər. Premyer Liqada iştirak üçün şans versələr, hələlik hansısa stadionu icarəyə götürməyə məcburuq".

Komanda
“Real Madrid”in prezidenti qəzetdən 1 avro təzminat alıb

“Real Madrid”in prezidenti qəzetdən 1 avro təzminat alıb

Komanda
Atıcılıq üzrə “Zəfər Kuboku” başlayıb

Atıcılıq üzrə “Zəfər Kuboku” başlayıb

Komanda
Azərbaycan təmsilçisi bu gün Çağırış Kubokunda mübarizəyə başlayacaq

Azərbaycan təmsilçisi bu gün Çağırış Kubokunda mübarizəyə başlayacaq

Komanda
Azərbaycanın həndbol millisi Bakıda keçirilən təsnifat turnirinə qələbə ilə başlayıb

Azərbaycanın həndbol millisi Bakıda keçirilən təsnifat turnirinə qələbə ilə başlayıb

Komanda
AVRO-2023: Azərbaycan voleybol yığması bu gün Avstriyanı qəbul edəcək

AVRO-2023: Azərbaycan voleybol yığması bu gün Avstriyanı qəbul edəcək

Komanda
Maykl Cordanın rekordu təkrarlanıb

Maykl Cordanın rekordu təkrarlanıb

Komanda
Çağırış Kuboku: "Murov" mübarizəni dayandırıb

Çağırış Kuboku: "Murov" mübarizəni dayandırıb

Komanda
"Azərreyl" Çağırış Kubokunda mübarizəyə başlayır

"Azərreyl" Çağırış Kubokunda mübarizəyə başlayır

Komanda
Azərbaycanın daha 3 boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Azərbaycanın daha 3 boksçusu beynəlxalq turnirdə finala yüksəlib

Komanda
“Formula 1”: Azərbaycan Qran-prisi üçün endirimli erkən bilet satışının bitmə tarixi açıqlanıb

“Formula 1”: Azərbaycan Qran-prisi üçün endirimli erkən bilet satışının bitmə tarixi açıqlanıb

Komanda
Çağırış Kuboku: Azərbaycan təmsilçisi bu gün cavab oyununa çıxacaq

Çağırış Kuboku: Azərbaycan təmsilçisi bu gün cavab oyununa çıxacaq

Komanda
Azərbaycanın qadın voleybol millisi bu gün Sloveniyanın qonağı olacaq

Azərbaycanın qadın voleybol millisi bu gün Sloveniyanın qonağı olacaq