Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib

Suqovuşanda "Prezident Kuboku 2024"ün açılış mərasimi keçirilib

Akademik avarçəkmə, kayak və kanoe üzrə “Prezident Kuboku 2024”ün açılış mərasimi keçirilib.

"QELEBE.AZ"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, tədbir Suqovuşanda baş tutub.

Mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəisi Elnur Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

İlk olaraq Dövlət Himni səsləndirilib. Ardınca iştirakçı ölkələr təqdim olunub.

Elnur Məmmədov tədbir iştirakçılarını nazirlik adından salamlayıb və idmançılara uğurlar arzulayıb: "Avarçəkənimiz Diana Dımçenkonun olimpiadaya lisenziya qazanması bizim üçün böyük nəticədir. Bütün işlərə görə AKAF-ın rəhbərliyinə və hər bir əməkdaşına minnətdarıq".

AKAF-ın baş katibi Fərhad Əliyev yarışın bu il də Suqovuşanda start götürəcəyini xatırladıb: "İnanırıq ki, üç gün ərzində maraqlı mübarizə izləyəcəyik. Bütün komandalara uğurlar arzulayıram".

Çingiz Hüseynzadə yarışın əhəmiyyətli olduğunu diqqətə çatdırıb: "44 günlük Vətən müharibəsi dövründə ilk azad edilən ərazilərdən biri Suqovuşan idi. İlk yarış da burada gerçəkləşdi. Ümid edirəm ki, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilən yarış növbəti illərdə də keçiriləcək və iştirakçıların sayı artacaq. İki ay sonra Parisdə Yay Olimpiya Oyunları keçiriləcək. Diana Dımçenkonun lisenziya qazanması münasibəti ilə AKAF-ı təbrik edirəm. Bütün idmançılara uğurlar arzulayıram və yarışı açıq elan edirəm".

Dörd gün davam edəcək turnirdə Azərbaycanla yanaşı, Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Sloveniya, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan komandalar mübarizə aparacaq.

AKAF-ın təşkilatçılığı ilə baş tutacaq beynəlxalq reqata Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunub.

Qeyd edək ki, Suqovuşan və Mingəçevirdə gerçəkləşəcək yarış mayın 3-də başa çatacaq.

Fərdi
AMADA süni intellekt tətbiq edəcək

AMADA süni intellekt tətbiq edəcək

Fərdi
Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycan qılıncoynadanı beynəlxalq turnirdə qızıl medal qazanıb

Fərdi
Regionlarda ağırlıqqaldırma zalları istifafəyə verilib

Regionlarda ağırlıqqaldırma zalları istifafəyə verilib

Fərdi
Şuşadakı şahmat turnirinin mükafat fondu açıqlanıb

Şuşadakı şahmat turnirinin mükafat fondu açıqlanıb

Fərdi
Bakıda mükafat fondu 400 min manat olan şahmat turniri keçirilə bilər

Bakıda mükafat fondu 400 min manat olan şahmat turniri keçirilə bilər

Fərdi
"Sinkfild Kuboku": Məmmədyarov Aronyanla heç-heçə oynayaraq turniri başa vurub

"Sinkfild Kuboku": Məmmədyarov Aronyanla heç-heçə oynayaraq turniri başa vurub

Fərdi
Azərbaycanın qadın şahmatçısı dünya çempionu olub

Azərbaycanın qadın şahmatçısı dünya çempionu olub

Fərdi
MOK-un İcraiyyə Komitəsinin iclası keçirilib

MOK-un İcraiyyə Komitəsinin iclası keçirilib

Fərdi
Avropa çempionatı: Azərbaycan taekvondoçusu qızıl medal qazanıb

Avropa çempionatı: Azərbaycan taekvondoçusu qızıl medal qazanıb

Fərdi
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala yüksəlməklə medalı təmin edib

Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala yüksəlməklə medalı təmin edib

Fərdi
Elçin Əliyev: "Olimpiadaya lisenziya Pevtsov üçün real məqsəddir"

Elçin Əliyev: "Olimpiadaya lisenziya Pevtsov üçün real məqsəddir"

Fərdi
Azərbaycan taekvondoçuları Niderland çempionatında iştirak edəcəklər

Azərbaycan taekvondoçuları Niderland çempionatında iştirak edəcəklər